![]() |
|
![]() |
||||||||||
|
|
||||||||||||
![]() |
||||||||||||
|
"Yenİ Müsavat" növbətİ ədalətsİz məhkəmə qərarI aldI
İlham Əliyevin əmisi qəzetimizi
Ali Məhkəmədə "Yeni Müsavata qarşı daha bir ədalətsiz məhkəmə qərarı çıxarılıb. Məhkəmənin mülki işlər üzrə kollegiyasında mayın 18-də qəzetimizin Apellyasiya Məhkəməsinin 2 fevral 2005-ci il tarixli qərardadının ləğv edilməsilə bağlı kassasiya şikayəti rədd edilib. Xatırladaq ki, 2003-cü ilin 21 oktyabrında Aqil Əliyevin qəzetimizə və hüquq müdafiə-çisi Çingiz Qənizadəyə qarşı qaldırdığı iddiaya baxan Səba-yel rayon məhkəməsinin hakimi Firuzə Ağasıyeva redaksiyanın 200 milyon manat məbləğində cərimələnməsinə dair qətnamə çıxarıb. Lakin bu qət-namə vaxtında redaksiyaya çatdırılmadığı üçün qəzetimiz ondan apellyasiya şikayəti verə bilməyib və qətnamə Binə-qədi rayon məhkəmə icraçıları və məhkəmə nəzarətçiləri şöbəsi tərəfindən icraya yönəldilib. Daha sonra isə qətnamə həmin rayon məhkəməsinin qərardadına əsasən redaksiyanın yayımdan əldə olunan vəsaitlərinə yönəldilib. Səbayel rayon məhkəməsinin qərardadını adı çəkilən qurumun günahı üzündən vaxtında almayan "Yeni Müsavat" 2004-cü ilin dekabrında Səbayel rayon məhkəməsinə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunmasını xahiş edib. Lakin F.Ağasıyeva növbəti dəfə qanunsuzluq edərək bu vəsatəti rədd edib. Apellyasiya Məhkəməsinə şikayət edən redaksiya bu instansiyada da ədalətin bərpasına nail ola bilməyib. Belə ki, bu il fevralın 2-də adı çəkilən instansiya Səbayel rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Buna görə də redaksiya Ali Məhkəmənin Mülki İşlər üzrə Kollegiyasına müraciət edərək Apellyasiya Məhkəməsinin qərarının ləğv olunması, A.ƏIİyevin iddiası üzrə Səbayel rayon məhkəməsində çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini istəmişdi. Lakin təəssüflər olsun ki, Ali Məhkəmənin hakimi Ə.Şadıyev tərəflərin iştirakı olmadan iddiaya baxaraq, Apellyasiya Məhkəməsinin 2 fevral 2005-ci il tarixli qərarını dəyişdirilməmiş saxlayıb. Onu da qeyd edək ki, A.ƏIiyevin iddiası ilə bağlı qəzeti-mizdə təkzib, həmçinin Ç.Qənizadənin üzrxahlığı dərc olunub. Eyni zamanda 2003-cü ilin oktyabr hadisələrindən sonra qəzetimizin yerləşdiyi ofis dəyişib və məhkəmənin 21 oktyabrda çıxardığı qərardad bizə çatdırılmayıb. Lakin siyasi sifarişlə işləməkdə davam edən məhkəmələr bu faktları nəzərə almayaraq, təqdim etdiyimiz sübutları düzgün qiymətləndirməyərək qəzetimizə qarşı əda-lətsiz qərarları qüvvədə saxladılar. Bu cür ədalətsiz qərarlar üzündən artıq iki ilə yaxındır ki, qəzetimizin bank hesabları dondurulub, bir ildən artıqdır yayım firmalarında satışdan əl-də edilən vəsaitlərimiz qanunsuz məhkəmə qərarlarının icrasına yönəldilib. Bir neçə gün əvvəl milli mətbuatın 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayan İlham Əliyev daha yaxşı olardı ki, öz qohumlarının əsassız iddialarını geri götürməsinə nail olardı. “Yeni Müsavat”, 23 iyun “FREEDOM HOUSE”nin İLLİK HESABATINDAN Müstəqil media Media hökumətin və hüquq sisteminin təzyiqləri altında işləməkdə davam edib. Müxalifətin media qurumlan böhtan ittihamı ilə maliyyə cərimələri və məhdud maliyyə mənbələri üzündən ağır maliyyə durumundadır. Mətbuat hələ də hökumətyönlü və müxalif-yönlü düşərgələrə bölünmüş vəziyyətdədir... Bu parametr üzrə Azərbaycanın reytinqi pisləşərək 5,75-dən 6-ya doğru dəyişib ki, bunun da səbəbi hökumətin müxalifət jurnalistlərinə münasibətdə xoşagəlməz davranışı və 2003-cü ilin payızından bu yana mətbuata qarşı təzyiqlərdir. “Azadlıq”, 17 iyun 2005
Rusİya mətbuatInda azərbaycanlIlar təhqİr olunub
Buna görə "Nedeliya qoroda" qəzeti
Azərbaycan diasporu Volqoqradın "Nedeliya qoroda" qəzetini məhkəməyə verib. APA-nın Rusiya bürosunun məhkəməni izləyən əmək-daşının məlumatına görə, soydaşlarımız bu qəzetdə jurnalist Mixail Bekin imzası ilə dərc olunmuş "Bura onlar üçün oralar deyil" ("Tut im ne tam") məqaləsində azərbaycanlıların heysiyyətinə toxunulduğunu qeyd ediblər. Məqalə müəllifi qeyri-rusları, xüsusilə azərbaycanlıları Volqoqrad vilayətini "işğal etməkdə" günahlandırıb və Rusiyada rusların kasıb yaşamasının səbəbini azərbaycanlılarda görüb. Müəllifin qəzəbinə gələnlərdən biri də Rusiyanın xarici işlər naziri olub. O, azərbaycanlılara münbit şərait yarat-maqda ittiham edilib. M.Bek "Rusiyanı işğal edənlərin ən iyrənc simvolu azərbaycanlılar" ifadəsini də işlətməkdən çəkinməyib. Daha sonra müəllif rus, tatar, erməni, yəhudi və şimali qafqazlıları yerli əhali kimi qələmə verərək, onların "məhz azərbaycanlıların əlindən zülmlər çəkdiklərini" qeyd edib. O, azərbaycanlıların Rusiyanın heç bir yerində vəzifə almamalı olduqlarını, azərbaycanlı iş adamlarının ermənilərin biznesinə maneçilik törətdiklərini bildirib. Həmçinin, yazısında ""bazarlarda azərbaycanlılar tərəfindən sırtıqcasına aldadılan təqaüdçülərin səbrinin tükəndiyini", bildirib, "biz (yəni yerli əhali) azərbaycanlılara nifrət edirik və belə fikirdəyik ki, insan harada anadan olubsa, orada da öz həyat yolunu keçməlidir"-deyə, qeyd edib. M. Bek azərbaycanlıların ünvanına "donuz", "xaçmen" , "azerbon" və "julik millətin nümayəndələri” kimi təhqiramiz ifadələr işlətməkdən çəkinməyib. Müəllif "LUKoılin prezidenti Vahid Ələkbərovu da azərbaycanlı olduğuna görə Xodorkovskinin gününə salmağın vacibliyini qeyd edib. Müəllif Rusiyadakı azərbaycanlıları "qeydiyyatdan çıxarıb, 24 saat ərzində ölkədən deportasiya etməyi, onların bütün ticarət obyektlərini yerli əhaliyə verməyi, bəzi qalanlarına fəhlə və hambal işlərini tapşırmağı və onların boynuna yerli hüquq-mühafizə orqanlarının layiqli dolanışıqla təmin olunmasını qoymağı təklif edib. Ümumrusiya Azərbaycanlıları Konqresinin Volqoqrad regional şöbəsinin sədri Sakit Allahverdiyev "Nedelya qoroda" qəzetini məhkəməyə verib. S. Allahverdiyevin dediyinə görə, soydaşlarımızın müraciətinə Voiqoqrad vilayət prokurorunun müavini Murzayevdən gələn cavabda bu məqalədə cinayət tərkibinin olmadığı bildirilib. Lakin işin araşdırılması üçün hüquq sahəsində fərdi mütəxəssis Anatoli Viktoroviç Şerbakov dəvət olunub və Volqoqrad mərkəzi rayon məhkəməsinə iddia ərizəsi təqdim olunub. Hakim Malişevanın sədriiyi ilə keçən məhkəmədə ərizə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) nizamnaməsi təqdim olunmadığı üçün hərəkətsiz saxlanılıb. “Yenu Müsavat”, 16 iyun 2005
Apellyasİya Məhkəməsİ
Xəbər verildiyi kimi, ANS Müstəqil Yayım və Media Şirkəti politoloq, sabiq millət vəkili Cümşüd Nuriyevin müsahibəsinə görə "Reytinq" qəzetini məhkəmə verərək, redaksiyadan 100 milyon, müxbir Seymur Novruzoğlu ilə müsahibdən isə ayrı-ayrılıqda 50 milyon manat pul tələb edirdi. ANS-in narazılığına səbəb "Fərhad Əliyev iqtisadi imperiya qurur" başlıqlı müsahibədə C.Nuriyevin bir cümləsi "Artıq Fərhad Əliyev media imperatorluğu yaradıb ki, bura üzdə olan müxalifət qəzetlərinin əksəriyyəti, bəzi bitərəf qəzetlər, habelə ANS telekanalı da daxildir. Sual edirəm, əgər ANS-in Fərhad Əliyevlə siyasi bağlılığı yoxdursa, onda onu niyə təbliğ edirlər?",- olub. Bir səhifəlik müsahibədə ANS-in diqqətini cəlb edən bu cümlədən sonra Səbayel rayon məhkəməsinə üz tutulub. Lakin hakim İlham Ağayevin sədrliyi ilə keçirilən prosesdə ANS-in demək olar ki, iddia tələbi "daşa dəyib". Belə ki, gərgin keçən prosesdə hakim İlham Ağayevə təqdim olunan dəlil və sübutlardan sonra qəzetin və Cümşüd Nuriyevin təkzib verməsi barədə qərar çıxarılıb. Amma ANS kanalınm rəhbərliyi bu qərardan narazı qalaraq Apellyasiya Məhkəməsinə üz tutub. Yeri gəlmişkən, qeyd edək ki, rayon məhkəməsinin çıxardığı təkzib qərarı "Reytinq"! də qane etməyib. Çünki ən azından Cümşüd Nuriyev cəmiyyətdə kifayət qədər tanınmaqla iki nazirlikdə rəhbər vəzifədə çalışıb, millət vəkili olmaqla siyasi xadim sayılır. "KİV haqqında" Qanuna görə isə siyasi xadimlərin açıqlamalarına görə redaksiya və onun əməkdaşı məsuliyyət daşımır. Amma buna baxmayaraq "Reytinq" qəzetinin rəhbərliyi son vaxtlar ANS-ə olan hücumlar səbəbindən məsələnin uzanmasında maraqlı olmayıb. Hətta onlara barışıq təklifini də edib. Lakin gözlənilmədən Apellyasiya Məhkəməsinə üz tutan ANS yenə də müstəqil mətbuatla "döyüşmək"də maraqlı olduğunu göstərdi. Apellyasiya Məhkəməsinin hakimi Maisə Hüseynovanın sədrliyi ilə məhkəmə tərkibinin (Bəhram Şükürovla Salman Hüseynov) yenə də ədalətsizliklə üzləşdik. Belə ki, Maisə xanım gözlənilmədən Səbayel məhkəməsinin qərarını bir qədər də sərtləşdirərək "Reytinq" qəzetinin bir milyon, qəzet əməkdaşı ilə C.Nuriyevin hər birinin isə 500 min manat cərimə edilməsi barədə qərar çıxardı. Bu həm də o deməkdir ki, məhkəmə sistemində hər hansı bir islahatdan danışmağa dəyməz. "Reytinq" qəzetinin rəhbərliyi şübhəsiz ki, bu qərarla razılaşmayacaq və Maisə Hüseynovanın qərarından kasassiya şikayəti verəcək. Bundan əlavə, sözügedən məhkəmə tərkibinin ədalətsizliyi ilə bağlı xarici ölkə səfirliklərinə, beynəlxalq təşkilatlara şikayətlər ediləcək. “Reytinq”, 12 iyun 2005
«Yenİ Müsavat”-In 200 mİlyon manatlIq cərİməsİ...
Aqil Əliyev qəzetimizdən nə vaxt əl çəkəcək?
İIham Əliyevin əmisi deputat Cəlal Əliyevin ANS telekompaniyasına qarşı iddiasının rədd edilməsi bir çox dairələrdə jurnalist-məmur qarşıdurmasında KİV-in qələbəsi kimi xarakterizə olundu. Xatırladaq ki, bu qarşıdurmada ən çox "başı ağrıyan" mətbuat orqanlarından biri də "Yeni Müsavat' qəzetidir. Təkcə Aqil Əliyev, dövlət başçısı llham Əliyevin digər əmisi haqsız iddialarla qəzetimizin 200 miilyon manat (40.000 dollar) həcmində cərimələnməsinə nail olub. Qəzetimizin baş redaktoru Rauf Arifoğlu Mətbuat Şurasının bu məsələ ilə bağlı bir çox instansiyalara etdiyi müraciətin nəticəsiz qaldığını söylədi. Onun sözlərinə görə, bu problemə hətta dövlət yetkililəri səviiyyəsində də müəyyən reaksiyalar olub. Məsələn, İ. ƏIİyev ANS rəhbərliyi ilə görüşündə "Mən qəzetlərin ayrı-ayrı məmurlar tərəfindən məhkəməyə verilməsinin tərəfdarı deyiləm" söyləyib: "Bütün bunlara baxmayaraq, bizim üzərimizdə 200 milyon manatlıq cərimə qalıb. Bu, qəzetimizin fəaliyyəti üçün çox ciddi problemlər yaradır. Biz "Qasid" və Mətbuat Yayımına yüksək tiraj verə bilmirik. Belə bir vəziyyət "Yeni Müsavat" qəzetinin böhran vəziyyətinə çatmasına səbəb olur. Qəzet vasitəsilə MŞ sədrinə, müdafiə naziri Səfər Əbiyevə, Aqil Əliyevə və Azərbaycanın Türkiyədəki səfiri Məmməd Novruzoğluna müraciət edirik ki, qəzetimizə qarşı iddialarına yenidən baxsınlar. Öz tərəfimizdən qeyd edirik ki, biz də müvafiq addımları atmağa hazırıq. Bunu dəfələrlə təkrar etməyimizə baxmayaraq, qarşı tərəf heç bir addım atmırsa, İ. ƏIiyev başda olmaqla, bütün məmurlar mətbuatla bağlı verdikləri bəyanatlarda qeyri-səmimilik nümayiş etdirirlər". “Yeni Müsavat”, 10 iyun 2005
BDU-nun professoru
Abel Məhərrəmov və 23 müəllim
Dünən Yasamal rayon məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) Böyük Elmi Şurasının 23 üzvünün BDU-nun iqtisadi nəzəriyyə kafedrasının müdiri vəzifəsini icra etmiş professor Şamil Qafarova qarşı qaldırdığı şikayətlə bağlı hazırlıq iclası keçirilib (APA). Hakim Fəxrəddin Ağamirzəyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Elton Quliyev Ş. Qafarovun əməlində cinayət tərkibinin olmadığını əsas gətirərək, şikayətin icraata götürülməsindən imtina olunması barədə vəsatət qaldırıb. Ancaq müdafiə tərəfinin vəsatəti təmin olunmayıb. Şikayətlə bağlı növbəti məhkəmə iclası iyunun 16-da keçiriləcək. Qeyd edək ki, başda BDU-nun rektoru Abel Məhərrəmov olmaqla, universitetin müəllimləri Ş. Qafarov barəsində CM-nin 147.1, 148-ci (böhtan və təhqirlə şərəf və ləyaqəti alçaltma) maddələri ilə cinayət işinin qaldırılması tələbi ilə məhkəməyə müraciət ediblər. İddia təmin olunacağı təqdirdə Ş. Qafarov böyük məbləğdə cərimələnəcək və 6 ay müddətinə azadlıqdan məhrum ediləcək. “Yeni Müsavat”, 10 iyun 2005
Vəhabİlər «Space»yə
Onlar «Gün keçdi» verilişinin aparıcısı İlhamə Novruzovanın yaşadığı mənzili də nəzarətə götürüblər
Dünən axşam saatlarında özünü vəhabi təriqətinin nümayəndəsi sayan bir qrup şəxsin "Space" telekanalına hücum etdikləri haqqında məlumat aldıq. Hadisə yerində olarkən həqiqətən də özünü vəhabi təriqətinin nümayəndəsi kimi qələmə verən 20-yə yaxın şəxsin telekanalın qapısı önündə cəmləşdiyinin şahidi olduq. Hadisə baş verən ərəfədə bildirildi ki, vəhhabilər "Gün keçdi" proqramının aparıcısı Ilhamə Novruzovanın evini də mühasirəyə alıblar. Vəhabilər hərəkətlərinin səbəbini onunla izah ediblər ki, iyunun altısında axşam saatlarında yayımlanan "Gün keçdi" verilişində onların ünvanına təhqiramiz fikirlər səsləndirilib. Bu səbəbdən də onların İlhamə Novruzovadan qisas almaq istəməlori açıq şəkildə hiss olunurdu. Gecə saat 22 radələrində hüquq mühafizə orqanlarının əməkdaşlarının köməyi nəticəsində İlhamə Novruzovanın övladları və özü vəhabilərin mühasirəsindən çıxarılaraq təhlükəsiz yerə aparıldı. Məsələ ilə bağlı "Space" telekanalından aldığımız məlumata görə, verilişin aparıcısının və onun ailə üzvlərinin həyatı hələ də təhlükədədir. Həmçinin o da qeyd edildi ki, bu gün İlhamə Novruzlunun və reportajın müəllifinin təhlükəsizliyini təmın etmək üçün hüquq mühafizə orqanlarına müraciət olunacaq. Eyni zamanda vəhabilərin bu hərəkəti ilə bağlı araşdırma aparmaq üçün də aidiyyatlı qurumlarla əlaqə saxlanılacaq. Televiziyadan vəhabilərin bu addımının söz azadlığına və fikir plüralizminə qarşı olduğunu bildirdilər. Onu da qeyd etdilər ki, verilişdə əsasən "Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdülün vəhabilər haqqında yazdığı kitabdan sitatlar gətirilib. “Azadlıq”, 9 iyun 2005
Onu təhqir edən qəzetin redaksiyası təkzib verəcək, üzr istəyəcək və 3 saylı internata 3 milyon manat köçürəcək
Bakının Binəqədi rayon məhkəməsi mədəniyyət naziri Polad Bülbüloğlunun "Respublika olayları" qəzetinə qarşı şərəf və ləyaqətinin təhqir olunması və böhtanla bağlı iddiasını təmin edib. Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, adı çəkilən qəzet cari ilin 12-19 fevral tarixli sayında dərc etdiyi "Polad Bülbüloğlunun üzü və astarı" sərlövhəli məqaləsində nazirin ünvanına təhqiramiz ifadələrə, qərəz və böhtan dolu ittihamlara yer verib. Hakim Əhməd Sarıyevin sədrliyi ilə keçən prosesdə "şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsinə dair" iddiaya baxılaraq mədəniyyət nazirinin iddiası təmin olunub. Məhkəmənin qərarına əsasən adı çəkilən qəzet növbəti sayında adı çəkilən məqalədə yazılanlara həmin formatda təkzib verməli və nazirdən üzr istəməlidir. Qərarın ikinci bəndinə görə isə vurulmuş mənəvi ziyanın müqabilində redaksiyadan üç milyon manat məbləğində kompensasiya tutularaq. 3 saylı Ağıldankəm Uşaqlar üçün Internat Evinə köçürülməlidir. “Gün səhər”, 9 iyun 2005
Jurnalİstİ döyən polİs İşdən kənarlaşdIrIldI
Amma
daxili işlər naziri bu
Mayın 21-də müxalifətin mitinqi zamanı "Zerkalo" qəzetinin əməkdaşı Fərid Teymurxanlını döyən polis işçisi daxili işlər orqanlarından xaric edilib. Bu barədə DİN başçısı Ramil Usubov jurnalistlərlə söhbətində bildirib. Maraqlıdır ki, nazir həmin şəxsin adını açıqlamayıb. Biz onun kimliyini müəyyənləşdirmək üçün DİN mətbuat xidməti ilə əlaqə saxlasaq da, sualımıza cavab ola bilmədik. F. Teymurxanlı isə bu açıqlama ilə qane olmadığını deyir. Müsahibimizin fikrincə, R. Usubovun həmin polisin adını açıqlamaması şübhəlidir. Fərid hesab edir ki, bəlkə də nazir "poqon yoldaşımı" zərbə altında qoymaq istəməyib: "Hər halda, məni döyən polisin davranışı nazirliyin də adına ləkə gətirib. Ona görə də həmin polisin adını açıqlamırlar". F. Teymurxanlı onu da bildirdi ki, bu hadisə ilə bağlı təkcə bir nəfərin polis sıralarından uzaqlaşdırılması da diqqət çəkir. Onun sözlərinə görə, hadisə yerində 7-8 nəfər polis işçisi olub və onu döyən konkret 3 nəfər polisin şəkilləri qəzetlərdə dərc olunub: "Necə müəyyənləşdirilib ki, həmin 3 nəfərdən hansı məni döyüb? Həmin adamın adının açıqlanmaması şübhələri artırır. Hesab edirəm ki, nazirlik o polisi işdən çıxarmaqla kifayətlənməməlidir. Həmin şəxs mənə fiziki xəsarət yetirdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır". Həmkarımız mübarizəni davam etdirəcəyini dedi. O, məhkəmə vasitəsilə həmin polisin cəzalandırılmasına nail olmaq fikrindədir. F. Teymurxanlı bildirdi ki, dünən (srağagün) Bakı Şəhər Prokurorluğu, Səbayel rayon prokurorluğu və baş prokuror Zakir Qaralova məktub göndərərək ona qarşı cinayət işi açılmasını, həmçinin özünə dəyən mənəvi zərərə görə pul kompensasiyası ödənilməsini tələb edib. "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı isə bu barədə şərh verməyə tələsmir. "Rəsmi nəticəni gözləyirəm” deyən Elçin bəy proseslər tam yekunlaşandan sonra münasibət bildirəcəyini söylədi. “Yeni Müsavat”, 8 iyun 2005
Cəlal Əlİyev Mİr Şahİnİn
Bu gün deputatın iddiası üzrə məhkəmə prosesinin hazırlıq iclası yekunlaşmalıdır
Bu gün Səbayel rayon məhkəməsində akademik Cəlal Əliyevin "Hesabat" jurnalının şef-redaktoru Mir Şahin Ağayev və redaktor Vüsal Qasımlıya qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası davam etdiriləcək. Xatırladaq ki, hazırlıq iclası ötən həftədən başlayıb. Hakim Yusif Kərimovun icraatında olan işdə ANS-çilərin hüquqlarını müdafiə edən vəkil Aslan İsmayılovdan aldığımız məlumata görə, C. ƏIİyev Mir Şahin və V. Qasımlının barəsində şərəf və ləyaqətin alçaldılması, həmçinin böhtan ittihamları ilə cinayət işinin qaldırılmasını tələb edir. (Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri). Bu gün hakim hazırlıq iclasının qərarını elan etməlidir. Onu da qeyd edək ki, C. ƏIİyevi jurnalda dərc edilən Azərbaycanın ən varlı otuz adamı siyahısına onun da adının salınması qəzəbləndirib. İki dəfə üzvü olduğu Milli Məclisin tribunasından ANS teleşirkəti və Mir Şahinin ünvanına təhqir dolu nitq yapan akademikin məqsədi "Hesabat”'ın şef-redaktoru ilə redaktorunu həbs etdirməkdir. Aldığımız məlumata görə, C. ƏIiyevin iddia ərizəsində qarşı tərəfin təkzib verməsi və ya təzminat ödəməsinə dair heç bir tələb qoyulmayıb. Çünki İlham Əliyevin əmisinin əsas məqsədi bilavasitə Mir Şahinin həbsinə nail olmaqdır. P.S. Maraqlıdır ki, ANS və Mir Şahinin barəsində ən ağır ifadələrdən geninə-boluna yararlanan C. ƏIiyevə qarşı qaldırılan iddianı Səbayel rayon məhkəməsi onun deputat toxunulmazlığını əsas gətirərək rədd edib. Deputatın özü də bu məsələni Milli Məclisin iclasında fəxrlə vurğulamışdı. “Yeni Müsavat”, 7 iyun 2005
«Azpetrol»un
prezİdentİ
Rafiq Əliyev qəzetin 100 milyon manat
"Azpetrol şirkətinin prezidenti Rafiq Əliyev "Xural' qəzetini məhkəməyə verib. Bu barədə APA-ya qəzetin baş redaktoru Əvəz Zeynallı məlumat verib. Baş redaktor deyib ki, mart ayında qəzetdə şirkətlə bağlı araşdırma yazı çap olunub. Həmin yazıda şirkətin ildə 227 milyon dollar qanunsuz gəlir əldə etdiyi göstərilib. Bu yaxınlarda isə qəzetdə "Monitor" jurnalının keçmiş əməkdaşı Eynulla Fətullayevin mərhum jurnalist Elmar Hüseynovun qətli ilə bağlı müsahibəsi dərc edilib. E. Fətullayev müsahibəsində bildirib ki, R. Əliyev iqtisadi inkişaf naziri olan qardaşı Fərhad Əliyevin adından mərhum baş redaktorla bir neçə dəfə görüşüb. Nazirin ona təklif və tələblərini çatdırıb: "Bu müsahibə dərc olunduqdan sonra Rafiq Əliyevin yadına düşüb ki, qəzetdə 3 ay əvvəl şirkət barədə material çap edilib. Buna görə də bizi məhkəməyə verib. Şirkət prezidentinin tələbi odur ki, qəzetin ikinci səhifəsində tam səhifə təkzib verək. Bundan başqa, prezident "Xural"ın 100 milyon manat cərimələnməsini və fəaliyyətini dayandırmasını tələb edir". Ə.Zeynallı onu da bildirib ki, iddia ərizəsi Nərimanov rayon məhkəməsində icraata götürülüb. Ərizə hakim Müslüm Əliyevin icraatındadır. “Yenu Müsavat”, 1 iyun
NaxçIvan Səhər İcra Hakİmİyyətİnİn başçısı jurnalİstlərİ
İctİmaİ
«Turan» İnformasiya Agentliyi və ANS telekanalının müxbirləri Vüqar Səfərovun təhqirlərinə məruz qalıb
«Turan» İnformasiya Agentliyi və ANS telekanalının müxbirləri Naxçıvan Şəhər icra Hakimiyyətinin başçısı Vüqar Səfərovun təhqirlərinə məruz qalıb. «Turan»ın müxbiri Məlahət Nəsibovanın sözlərinə görə, hadisə Naxçıvan Təhsil Nazirliyi ekoloji mərkəzinin dünən Əcəmi seyrangahında Naxçıvanın flora və faunasına dair təşkil etdiyi hesabat sərgisində baş verib. O, digər həmkarı ilə birlikdə müsahibə üçün icra başçısına yaxınlaşıb. icra başçısı jurnalistlərə «şələ - şülənizi də yığışdırın, buradan gedin, nə qədər mən buradayam, burada heç bir jurnalist işləyə bilməz» - deyə KİV nümayəndələrinə hədə-qorxu gəlib. M.Nəsibova bildirib ki, icra başçısının harasa zəngindən bir neçə dəqiqə sonra sərgi keçirilən yerə gələn dörd nəfər mülki geyimli şəxs jurnalistləri zor vasitəsilə həmin ərazidən çıxarıb. Sonradan bu şəxslərin Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları olduğu müəyyənləşdirilib. TURAN, 24 may 2005
Mətbuat ŞurasI jurnalİstİ
döyən polİs əməkdaşlarInI
Onlar Fərid Teymurxanlını jurnalist
Mayın 21-də müxalifətin mitinqi zamanı «Zerkalo» qəzetinin jurnalisti Fərid Teymurxanlı peşə vəzifəsini yerinə yetirərkən polislər tərəfindən vəhşicəsinə döyülüb. Teymurxanlının jurnalistlər üçün tikilmiş və üzərində «Press» sözü yazılmış xüsusi jiletdə olmasına baxmayaraq, polislər onu R.Behbudov küçəsində - Mahnı Teatrının yanında döyüblər. «Məni əvvlcə dəyənəklə başımdan vurdular. Mən yıxıldım və bir neçə saniyədən sonra huşumu itirdim. Özümə gələndə bir neçə polis işçisi məni döydü»- deyə F.Teymurxanlı bildirib. Jurnalist Təcili Yardım Xəstəxanasına çatdırılıb, onun boğazına tikiş qoyulub. Ağrıların olmasına baxmayaraq başının rentgen çəkilişi aparılmayıb. Hazırda jurnalistin başı ağrıyır, ürəkbulanması var. Ona tibbi rəy verilməyib, lakin vəd ediblər ki, bazar ertəsi veriləcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistə qarşı zorakılığı qəti şəkildə pisləyib. O, Fəridin xüsusi jiletdə olmasına baxmayaraq polislər tərəfindən döyülməsindən hiddətləndiyini bildirib. Ə.Amaşovun sözlərinə görə, həmkarları jurnalistin polislər tərəfindən döyülməsini lentə alıb. Odur ki, MŞ polisdən məhkəməyə şikayət etmək niyyətindədir. TURAN, 24 may 2005
Müdafİə Nazİrlİyİ yenİdən jurnalİstlərlə çəkİşİr
«Yumurtalar hara gedim sualı
Dünən Sülh və Demokratiya İnstitutunun ofisində «Bakinskie vedomosti» qəzetinin əməkdaşları Bella Zakirova və Əkbər Həsənov mətbuat konfransı keçirib. B.Zakirova bildirib ki, mayın 23-də Səbail məhkəməsində müdafiə nazirinin kadrlar və ali təhsil müəssisələri üzrə müavini Çingiz Məmmədovun iddiası ilə bağlı hazırlıq yığıncağı təyin edilib. iddia sözügedən qəzetin builki 16 aprel sayında dərc olunmuş «Yumurtalar hara gedir» başlıqlı məqalə ilə bağlı qaldırılıb. iddiaçı B.Zakirovanın və məqalə müəllifi Ə.Həsənovun hər birinin 100 mln. manat cərimə olunmasını tələb edir. Vəkil Hüquq Salmanov iddianın əsassız olduğunu bildirib. Onun sözlərinə görə, söhbət ordunun ərzaqla təmin olunmasından gedir. Müdafiə nazirinin kadr məsələləri üzrə müavininin bu məsələyə heç bir aidiyyəti yoxdur. Bundan başqa, dövlət başçısı ilham Əliyev ANS telekanalının rəhbərliyilə görüşündə məmurları tənqidə dözümlü yanaşmağa, jurnalistləri nazirliklər və idarələr adından məhkəməyə verməməyə çağınb. H.Salmanov xalırladıb ki, ümumilikdə Müdafiə Nazirliyi «Monitor» jurnalına qarşı 11 iddia qaldırıb. Vəkil həmçinin deyib ki, qəzetin işçiləri Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ramiz Məlikovun barəsində iddia qaldıracaq. iddia bu ilin yanvarında müxbir Ə.Həsənovun nazirliyin əməkdaşları tərəfindən oğurlanması ilə bağlıdır. TURAN
ANS və Əlİ İnsanov arasInda çəkİşmə davam edəcək
Məhkəmə ANS-in Əli İnsanova qarşı
Bu gün Nəsimi rayon Məhkəməsində ANS-in və telekanalın əməkdaşı Afət Telmanqızının səhiyyə naziri Əli İnsanova qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə prosesi keçirilib (APA). Hakim Tapdıq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə ANS-in və telekanalın əməkdaşı Afət Telmanqızının iddiası təmin edilməyib. Qeyd edək ki, iddiaçılar nazirin jurnalistin və telekanalın işgüzar nüfuzuna zərər vurduğunu əsas gətirərək, onun üzr istəməsini və təzminat ödəməsini tələb edirdilər. Məhkəmənin qərarından narazı qalan ANS-in vəkili Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini bildirib. “Azadlıq”, 13 may
ANS Cəlal Əlİyevİ
Şirkət onun 2 milyard manat cərimələnməsini və üzr istəməsini tələb edir
ANS telekanalının baş direktoru Mir Şahin Ağayev parlamentdəki çıxışına görə deputat Cəlal Əliyevi məhkəməyə verib. İddia ərizəsində C.ƏIiyevin ANS şirkətinin rəhbərliyinin, kollektivinin şərəf və ləyaqətini təhqir etdiyi, həmçinin şirkətin işgüzar nüfuzuna xələl gətirdiyi qeyd edilib. Məhkəmədən bunları əsas tutaraq deputatın müvafiq qaydada üzr istəməsi, cavabdehdən ANS şirkətinin və M.Ş.Ağayevin xeyrinə ayrı-ayrılıqda 1 milyard manat tutulması barədə qərar çıxarması xahiş olunur. “Yeni Müsavat”, 13 may
Müdafİə Nazİrlİyİ "Bakİnskİye vedomostİ" qəzetİnə qarşI məhkəmə İddİası qaldIrIb
Nazirliyin idarə rəisi mətbuatı məhkəməyə verib
Müdafiə Nazirliyi Kadrlar İdarəsinin rəisi Çingiz Məmmədov "Bakinskiye vedomosti" qəzetinə qarşı məhkəmə iddiası qaldırıb. Prosesə mayın 23-də Səbayel məhkəməsində baxılacaq. İddia qəzetin baş redaktoru Bella Zakirovaya, müxbir Əkbər Qasımova və qəzetin eksperti, Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Mərkəzinin əməkdaşı Ələkbər Məmmədova qarşı qaldırılıb. İddiaçı B.Zakirova və Ə.Qasımovun 100 milyon, Ə.Məmmədovun isə 50 milyon manat ödəməsini tələb edir. B.Zakirova "Turan"a bildirib ki, iddiaya səbəb qəzetin ikinci sayında dərc olunmuş "Yumurtalar hara gedir" məqaləsi olub. Məqalədə söhbət ordunun ərzaq təminatı və bu sahədəki sui - istifadələrdən gedir. Müdafiə Nazirliyi hesab edir ki, qəzetdə quruma böhtan atılır. Xatırladaq ki, bu yaxınlarda ölkə başçısı ANS telekanalının rəhbərləri ilə görüşündə dövlət məmurlarmı tənqidə dözümlə yanaşmağa və jurnalistlərə qarşı hücumlara yol verməməyə çağırıb. “Yeni Müsavat”, 11 aprel
Jurnalİstlərİn məlumat almaq hüququ təmİn edİlsİn!
Bunu, Mətbuat Şurası tələb edir
Jurnalistlərin məlumat almaq hüququnun qanunvericilik çərçivəsində təmin olunması üçün Mətbuat Şurası rəsmi dairələrə, ictimai-siyasi qurumlara, idarə, müəssisə və təşkilatlara, seçkili orqanlara müraciət edib. Müraciət müəllifi hesab edir ki, bu hüququn təminatı bütün cəmiyyətin, o cümlədən həmin qurumların mənafeyinə uyğundur. Sənəddə qeyd olunur ki, şuraya daxil olan məktubların əksəriyyətində KİV-lərin və jurnalistlərin ölkədə baş verən hadisələrlə bağlı operativ məlumat almaq hüququnun məhdudlaşdırılmasından şikayətlər ifadəsini tapır. Jurnalistlər əsasən müxtəlif dövlət qurumlarından, idarə, müəssisə və təşkilatlardan sorğularına cavab ala bilməmələrindən, mətbuat konfranslarına buraxılmadıqlarından, onlara müsahibə verilmədiyindən narazılıq edirlər. Bu da demokratik cəmiyyət quruculuğu isti-qamətində ciddi narahatlıq doğurur. MŞ məsələnin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bu müraciətləri Şikayətlər üzrə Komissiyada və İdarə Heyətində araşdırıb, rəylər və qərarlar çıxarıb. Qərarlarda göstərilib ki, belə mövqe "KİV haqqında" qanunun tələblərinə, ümumilikdə söz və mətbuat azadlığı prinsiplərinə ziddir. Qurumun İdarə Heyəti konkret olaraq Ağcabədi şəhər bələdiyyəsinin "Səhər", "Debüt Bank" rəhbərliyinin "Reytinq'' qəzetlərinə qarşı iddialanna baxarkən də ikincilərin məlumat almaq hüququnun pozulduğu qənaətinə gəlib. Şura obyektiv informasiya almağın cəmiyyətdəki roluna xüsusi diqqət yetirərək belə hesab edir ki, vətəndaşların düzgün, operativ, qərəzsiz və dəqiq məlu-matlandmlmaları informasiya mənbəyi subyektlərinin bu işə nə dərəcədə sayğılı yanaşmalarından asılıdır. " “Azadlıq”, 11 aprel
"HESABAT" JURNALI
Hüquq Maarifçiliyi Cəmiyyəti "Hesabat" jurnalını bu qurumu nüfuzdan salan məlumatla bağlı təkzib verməsə məhkəməyə müraciət edəcəyilə hədələyir. HMC-nin bəyanatında bildirilir ki, jurnalın 24 aprel sayında dərc olunan "Partiyaların kölgə iqti-sadiyyatı" adlı məqalədə bu cəmiyyət beynəlxalq təşkilatlardan ən çox qrant alan təşkilat kimi gös-tərilib. Eyni zamanda qurumun Xalq Cəbhəsi ilə yaxınlığına toxunulub. HMC belə fikirləri "böhtan və gözdənsalma" kimi qiymətləndirir. Sənəddə qeyd edilir ki, HMC müstəqil təşkilatdır, siyasi partiyalardan heç bir maliyyə, təşkilati və ya başqa dəstək almır. HMC "KİV haqqında" qanunun 44-cü maddəsinə uyğun olaraq "Hesabat" jurnalının təkzib verməsini tələb edir. Əks halda təşkilat məhkəməyə müraciət edəcək. “Müstəqil qəzet”, 6 may
Mİllİ Məclİs
jurnalİstlərdən
Media Hüququ İnstitutu ehtiyatlanır ki, Cəlal Əliyevin çıxışından sonra azad mətbuata basqılar güclənə bilər
Milli Məclisin son iclasında jurnalistlərə qarşı səslənən çağırışlar media qurumlan və hüquq müdafiəçiləri tərəfindən etirazla qarşılanıb. Cəlal Əliyevin təhqirlərlə dolu çıxışı ilə əlaqədar dünən Media Hüququ İnstitutu bəyanat yayıb. Sənəddə qeyd olunur ki, Cəlal Əliyevin mərhum prezident Heydər Əliyevin qardaşı və indiki prezident İlham Əliyevin əmisi olması, onun hakimiyyət içərisində böyük təsir imkanlarına malik olması ANS-in əməkdaşları və başqa jurnalistlərə qarşı ciddi basqıların başlamasına rəvac verə bilər: Çünki çox hallarda parlamentdəki bu kimi çıxışlardan sonra azad mətbuata təzyiq dalğası başlayıb: "Kampaniyalar nəticəsində də mətbuat azadlığına böyük ziyan vurulub. Parlament demokratiyanın və tərəqqinin aparıcı qüvvəsi olan söz azadlığım qorumağa borcludur. Bunu Azərbaycan xalqının cəmiyyətdə və dövlətdə baş verənlər haqqında məlumat almaq, dövlətin idarə olunmasında iştirak etmək maraqları tələb edir. Bunsuz xalqın, dövlətin düzgün idarə olunmasına, cəmiyyətin bu gününü və gələcəyini didib-dağıdan, ölkənin böyük potensialını xalqın xeyrinə yox, xalqa qarşı yönəldən korrupsiya caynaqlarından qurtulmasına, qanunçuluq və ədalətin öz yerini tutmasına olan maraqları gerçəkləşə bilməz". Media Hüququ İnstitutu Milli Məclisi söz azadlığına qarşı belə çağırışlara son qoymağa, hədə-qorxu və təhqirlərə görə jurnalistlərdən üzr istəməyə çağırır. Təşkilat həmçinin Milli Məclisi tezliklə jurnalistləri əsassız basqılardan qoruya biləcək "Diffamasiya haqqında" qanunu müzakirəyə çıxarmağa, CM-nin jurnalistin dediyi sözə görə həbsə atılmasına və cərimələnməsinə yol açan, avtoritar düşüncədən törəmiş, demokratik dəyərlərlə daban-dabana zidd olan 147-ci(böhtan), 148-ci (təhqir) və 323-cü (Azərbaycan Respublikası prezidentinin şərəf və ləyaqətinin müdafiəsi) maddələrini ləğv etməyə çağırır. “Gün.Səhər”, 3 may
Mətbuat SurasI
Qurumun hakimiyyətin nəzarətində fəaliyyət göstərməsi ilə bağlı məqamlar narazılıqla qarşılanıb
Mətbuat Şurası (MŞ) "Freedom House" təşkilatının dünya ölkələrində mətbuat azadlığına dair illik hesabatının Azərbaycana aid hissəsində qurumun hakimiyyətin nəzarəti altında fəaliyyət göstərməsi barədəki qeydlərinə etiraz edir. MŞ bildirir ki, mətbuatın problemlərini dünya miqyasında araşdıran qurumun jurnalistikanın əlifbası sayılan balanslı yanaşma prinsipinə sayğısızlığı qəbul olunmazdır: "Mətbuat Şurası sıralarında 180-dən çox KİV-i birləşdirir. Qurumun fəaliyyət göstərdiyi iki il ərzin-də "reket jurnalistikası"na qarşı apardığı mübarizə inkar edilə bilməz. Bundan başqa, MŞ-nin fəaliyyəti nəticəsində KİV və jurnalistlərə qarşı məhkəmə iddialarının sayı, cərimələrin məbləği xeyli azalıb. 2003-cü ildə mətbuat 45 dəfə məhkəməyə çəkilib və 1 milyard 600 milyon manat məbləğində cərimələnib. 2004-cü ildə bu rəqəmlər müvafiq olaraq, 1 3 və 445 milyon manat olub. "Freedom House" kimi nüfuzlu təşkilat yekun qərara gəlmək üçün ölkələrdə mətbuatın durumuna müfəssəl bələd olan mütəxəssislərin, qurumların rəyinə əsaslanmalı idi. Təəssüf ki, "Freedom House" bunu etməyib və MŞ-ya qarşı hörmətsizlik göstərib". “APA”, 3 may
|
Bu sayt dəstəyi ilə yaradılıb ----------------------
|
||||||||||
|
Xəbərlər l Bülletenlər l Layihə haqqında l DİM haqqında l DİM KİV-də lTəşkilatın nizamnaməsi |
© TTT design group, 2004