BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI

 

Ümumdünya İnsan Hüquqları
Bəyannaməsİ
(1948)

 

 

Hər bir insan... heç bir fərq qoyulmadan bu Bəyannamədə e’lan edilmiş bütün hüquqlara və bütün azadlıqlara malik olmalı­dır­.

 

 

 

PREAMBULA

 

 

Bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu  nəzərə alaraq; və

insan hüquqlarına qarşı biganəlik və hörmətsizliyin bəşəriyyətin vicdanını hiddət­ləndirən vəhşilik hərəkətlərinə gətirib çıxardığını, adamların söz və əqidə azad­lığına malik olacağı, qorxu və ehtiyacdan qurtulacağı bir dünya qurulmasının insanların yüksək amalı e’lan olunduğunu nəzərə alaraq; və

insanın istibdad və zülm əleyhinə son mübarizə vasitəsi kimi üsyana əl atmağa məcbur olmaması üçün insan hüquqlarının qanunun gücü ilə tə’min edilməsinin zəruriliyini nəzərə alaraq; və

xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdiril­mə­si­nin zəruriliyini  nəzərə alaraq; və

Birləşmiş Millətlərin xalqlarının BMT-nin Xartiyasında in­sanın əsas hüquqlarına, şəxsiyyətin ləyaqət və dəyərinə, kişi və qadınların bərabərliyinə inamlarını təsdiq etdiklərini və daha böyük azadlıqlar şəraitində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına yardım göstərməyi qərara aldıqlarını nəzərə alaraq; və

üzv-dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda in­san hüquqlarına hamılıqla hörmət edilməsinə və onlara riayət olun­masına yardım etməyi öhdələrinə götürdüklərini  nəzərə ala­raq; və

bu hüquq və azadlıqların xarakterinin hamılıqla dərk edil­mə­si­nin həmin öhdəliyin tam yerinə yetirilməsində böyük əhəmiyyət kəsb etdiyini  nəzərə alaraq

Baş Assambleya

 

Ümumdünya İnsan Hüquqları Bəyannaməsini elə bir vəzifə kimi bəyan edir ki, onun yerinə yetirilməsinə bütün xalqlar və dövlətlər sə’y göstərir ki, hər bir insan, cəmiyyətin hər bir orqanı bu Bəyannaməni daim nəzərdə tutaraq maarif və təhsil yolu ilə həmin hüquq və azadlıqlara hörmət edilməsinə milli və beynəlxalq mütərəqqi tədbirlər, onların istər təşkilatın üzv-dövlətlərinin xalqları arasında, istərsə də onların yurisdik­siyasın­dakı ərazilərin xalqları arasında hamılıqla səmərəli tanınması və hə­yata keçirilməsi yolu ilə çalışsınlar.

 

Maddə 1

Bütün insanlar azad, ləyaqət və hüquqlarına görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər və bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.

 

Maddə 2

Hər bir insan irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və digər əqidə­sinə, milli, yaxud sosial mənşəyinə, mülki, silk, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan bu Bəyannamədə e’lan edilmiş bütün hüquqlara və bütün azadlıqlara ma­lik olmalıdır.

Bundan başqa, insanın mənsub olduğu ölkə, yaxud əraziyə siyasi, hüquqi, yaxud beynəlxalq statu­su əsasında, həmin ərazinin müstəqilliyindən, qəyyumluq altında olmasından, özünü idarə edib-etməməsindən, yaxud suverenliyinin hər hansı məhdudluğundan asılı olmayaraq heç bir fərq qoyulmamalıdır.

 

Maddə 3

Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.

 

Maddə 4

Heç kəs köləlikdə, yaxud asılılıqda saxlanmamalıdır; quldarlıq və qul alverinin bütün növləri qadağandır.

 

Maddə 5

Heç kəs işgəncəyə, yaxud amansız, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan davranışa və cəzaya mə’ruz qalmamalıdır.

 

Maddə 6

Hər bir insan, harada olursa-olsun, hüquq subyekti kimi tanınmaq hüququna malikdir.

 

Maddə 7

Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan, qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanların bu Bəyannaməni pozan hər cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ vardır.

 

 

Maddə 8

Hər bir insan onun Konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən səmərəli şəkildə bərpa olunması hüququna malikdir.

 

Maddə 9

Heç kəs özbaşına həbs oluna, tutulub saxlanıla, yaxud sürgün edilə bilməz.

 

Maddə 10

Hər bir insan öz hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, ona qarşı irəli sürülən cinayət ittihamının əsaslılığının təs­diqlənməsi üçün onun işinə tam bərabərlik əsası­n­da, aşkarlıqla və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil və qərəzsiz məhkəmədə baxılması hüququna malikdir.

 

Maddə 11

1. Cinayətdə ittiham olunan hər bir insan onun təqsiri mü­da­fiəsinə bütün imkanların yaradıldığı açıq məhkəmə baxışında qa­nuni qaydada sübut edilənədək günahkar sayıla bilməz.

2. Heç kəs törədilərkən milli qanunlara, yaxud beynəlxalq hü­quqa görə cinayət sayılmayan əməllərə, yaxud fəaliyyətsizliyə görə cinayətə cəlb edilə bilməz. Eləcə də cinayətin törədildiyi vaxt tətbiq edilə bilən cəzadan daha ağır cəza verilə bilməz.

 

Maddə 12

Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.

 

Maddə 13

1. Hər bir insan hər hansı dövlətin hüdudlarında sərbəst yer dəyişmək və özünə yaşayış yeri seçmək hüququna malikdir.

2. Hər bir insanın öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var.

 

Maddə 14

1. Hər bir insanın tə’qibdən qorunmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququ var.

2. Bu hüquqdan əslində qeyri-siyasi cinayət, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsəd prinsiplərinə zidd olan fəaliyyət üstündə qibolunma hallarında istifadə edilə bilməz.

 

Maddə 15

1. Hər bir insanın vətəndaşlıq hüququ var.

2. Heç kəs məcburi şəkildə vətəndaşlıqdan, yaxud vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.

 

Maddə 16

1. Yetkinliyə çatmış bütün kişilər qadınlar irqi, milli, yaxud dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq ailə qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikahda olarkən onu pozarkən eyni hüquqlardan istifadə edirlər.

2. Nikah yalnız nikaha daxil olan hər iki tərəfin azad tam razılığı ilə bağlana bilər.

3. Ailə cəmiyyətin təbii əsas özəyidir cəmiyyət dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.

 

Maddə17

1. Hər bir insanın həm təkbaşına, həm başqaları ilə ortaq əmlak sahibliyi hüququ var.

2. Heç kəs özbaşına öz əmlakından məhrum edilə bilməz.

 

 

Maddə 18

Hər bir insanın fikir, vicdan və din azadlığı hüququ var; bu hü­quqa öz dinini və əqidəsini dəyişmək, dininə və əqidəsinə həm təklikdə, həm də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, təlimdə, ibadətdə, dini ayin və mərasimlərin icrasında etiqad bəslə­mək azadlığı daxildir.

 

Maddə 19

Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa əqidəsinə maneəsiz e’tiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyalar ax­tarmaq, almaq və yaymaq azadlığı daxildir.

 

Maddə 20

1. Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək və bir­liklər yaratmaq hüququ var.

2. Heç kəs hər hansı birliyə daxil olmağa məcbur edilə bilməz.

 

Maddə 21

1. Hər bir insanın öz ölkəsinin idarə olunmasında bilavasitə, yaxud azad şəkildə seçilmiş nümayəndələri vasitəsilə iştirak et­mək hüququ var.

2. Hər bir insan öz ölkəsində dövlət qulluğuna girməkdə bərabər hüquqa malikdir.

3. Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır. Bu iradə ümumi bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə, yaxud səsvermənin azadlığını min edən digər eyni əhəmiyyətli formalarda keçirilən dövri saxtalaşdırıl­mamış seçkilərdə əksini tapmalıdır.

 

Maddə 22

Hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial minat, milli səylər beynəlxalq əməkdaşlıq əsasında hər bir ölkənin qu­ru­muna ehtiyatlarına uyğun olaraq ləyaqətinin qorunması, şəx­siyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial mə­dəni hüquqlarını həyata keçirmək hüququ var.

 

Maddə 23

1. Hər bir insan əmək, sərbəst şəkildə seçmək, ədalətli əlverişli əmək şəraiti, işsizlikdən müdafiə hüququna malikdir.

2. Hər bir insanın heç bir ayrı-seçkilik qoyulmadan bərabər əmək üçün bərabər haqq almaq hüququ var.

3. Hər