|
Demokratik |
|
Centre for Demokratic
|
||
|
Az.1 073, Bakı Mətbuat pr. 24. Tel/faks 447-43-75 |
Metbuat av. 24. Az.1 073, Baku Tel/faks 447-43-75 |
|||
|
“Demokratik İslahatlar Mərkəzİ” |
||||
|
I. Ümumi müddəalar.
“Demokratik İslahatlar Mərkəzi” İctimai Birliyi- (bundan sonra “Birlik” adlandırılacaq) bu Nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarədən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan ictimai qeyri hökumət təşkilatdır. Birlik fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri hökumət təşkilatları(ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları, həmçinin bu Nizamnamə əsasında qurur. Birliyin fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir və birlik ümumazərbaycan qeyri-hökumət təşkilatıdır. Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçirildiyi andan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, möhürü, ştampı, Azərbaycan Respublikasının bahklarında hesablaşma hesabı və digər rekvizitləri var. Birlik öz adından müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və ya cavabdeh kimi öıxış edə bilər. Birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdiyi əmlak birliyin mülkiyyətidir. İctimai birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir. Birliyin iştirakçıları Birliyin mülkiyyətinə verdikləri əmlaka, o cümlədən üzvlük haqlarına hüquqlarını saxlamırlar. Onlar Birliyin öhdəlikləri üçün məsuliyyət daşımırlar. Birliyin yerləşdiyi yer: Bakı şəh. Mətbuat pr.24, Az1073 Cəmiyyətin Azərbaycan dilində qısa adı- “DİM”
II. Cəmiyyətin məqsəd və vəzifələri
Birliyin əsas məqsədi aşağıdakılardır: Azərbaycanın inkişafında dövlət orqanlarının, ictimai təşkilatlarım və vətəndaşların fəaliyyətinin koordinasiyasına yardım; Azərbaycan Respublikasının inkişafı istiqamətində layihə və proqramların yaradılması və həyata keçirilməsi;
Birlik aşağıdakı vəzifələri həyata keçirir: Müvafiq şərhin, informasiyanın geniş yayılması yolu ilə ictimai rəyin Azərbaycan Respublikasının inkişafın\n təsirinə yardım; Azərbaycan Respublikasının inkişafı istiqamətli layihə və proqramların maliyyələşdirilməsi və icrasının təşkili; Azərbaycanın əlaqələrinin inkişafı ilə bağlı milli regional və beynəlxalq elmi-praktik konfransların və seminarların keçirilməsi və analoji tədbirlərdə iştirak; Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi istiqamətində müəyyən olunmuş vəzifələrin həyatə keçirilməsi; Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına təkan vermək, genişləndirmək və möhkəmləndirmək istiqamətində fəaliyyət. Beynəlxalq aktlara və təcrübəyə, Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və ümumi prinsiplərinə uyğun şəkildə ölkə qanunvericiliyinin təkmilləşdirilməsində, dinamik inkişafında, eləcə də qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmək , beynəlxalq təşkilatlar ilə əlaqələr yaratmaq, beynəlxalq təcrübəni öyrənmək, bu məsələlərlə bağlı dəyirmi masalar keçirmək, zərurət olduqda müstəqil ekspertizalar keçirmək, mülahizələr aparmaq, müstəqil olaraq və ya dövlət idarələri, ictimai təşkilatlar və ya dövlət qurumları ilə birlikdə konqreslər, konfranslar, seminarlar keçirmək, kitab və broşuralar çap etdirmək; Vətəndaş cəmiyyətinin formalaşması üçün mühüm rolu olan kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsinə yardım göstərilməsi; Azərbaycan Respublikasıın müxtəlif dövlət orqanlarında keçirilən seçkilərin demokratik şəkildə keçirilməsinə yardım etmək istiqamətində fəaliyyətin göstərilməsi; Kütləvi İnformasiya Vasitələrini yaratmaq və təsis etmək, KİV-də vaxtaşırı olaraq sosial və mədəni problemlər mövzusunda çıxış etmək; İqtisadi, hüquqi, sosial və mədəni inkişafın möhkəmləndirilməsinə yönəlik məsələ və vəzifələrin həyata keçirilməsi istiqamətində mövcud olan bütün problemlərin aradan qaldırılması üçün Birliyin fəaliyyətinin məqsəd vəzifələri .
III. Birliyin iştirakçıları.
3.1 Birliyin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Birliyin iştirakçıları ola bilərlər.
3.2 Dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla, Azərbaycan Respublikasında hər bir hüquqi və 18 yaşına çatmış fiziki şəxs ictimai birliyin üzvü ola bilər.
3.3. Birliyə üzvlərin qəbulu İdarə Heyəti tərəfindən həyata keçirilir. Birliyə üzv olmaq istəyən şəxs İdarə Heyətinə yazılı şəkildə müraciət edir. Ərizəyə təqdim edildiyi gündən bir ay müddətində baxılır və İdarə heyəti üzvlərinin yarıdan çoxu müsbət münasibətini bildirdikdə , ərizəçi Birliyin üzvlüyünə qəbul edilir.
3.4 Birliyin üzvləri bərabərhüquqludur. Birliyin üzvlərinin aşağıdakı hüquqları var: 3.4.1 Bu nizamnamədə və başqa sənədlərdə nəzərdə tutulmuş qaydada Birliyin idarəçiliyində iştirak etmək; 3.4.2 Birliyin hər hansı seçkili orqanına seçmək və seçilmək; 3.4.3 Birliyin təşkil etdiyi tədbirlərdə iştirak etmək; 3.4.4 Birliyin rəhbər orqanlarının fəaliyyətinə nəzarət etmək, Birliyin fəaliyyəti barədə məlumat almaq; 3.4.5 Birliyin hər hansı bir orqanının işində məşvərətçi səslə iştirak etmək; 3.4.6 Onun hüquq və vəzifələri ilə bağlı hər hansı bir məsələnin müzakirəsində şəxsən iştirak etmək, izahat vermək, etirazını bildirmək və şikayət vermək; 3.4.7 Birliyin üzvünün fəaliyyətinə xitam verilməsindən həmin üzvün məhkəməyə şikayət etmək hüququ vardır.
3.5 Birliyin üzvü eyni zamanda Birliyin iki seçkili orqanının üzvü ola bilməz. 3.6 Birliyin üzvü yalnız Birliyin ümumi yığıncağı, İdarə Heyəti və ya Prezidenti səlahiyyət verdikdə, Birliyi təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər. 3.7 Birliyin üzvlərinin vəzifələri: 3.7.1 Birliyin nizamnaməsinə əməl etmək; 3.7.2 Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək; 3.7.3 Birliyin yığıncaqlarında iştirak etmək. 3.8. Birlik üzvlərinin fəaliyyətinə aşağıdakı hallarda xitam verilir; 3.8.1 Birlik ləğv edildikdə; 3.8.2 Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda; 3.8.3 Birliyin üzvlüyündən çıxarıldıqda;
3.9 Birlik üzvləri Birliyin Ali orqanları tərəfindən müəyyən edilən məbləğdə üzvlük haqqı verirlər. 3.10 Birliyin köməkçilərinə müvafiq olaraq Birliyin fəaliyyətində iştirak etməklə, öz münasibətlərini Birliklə təşkilatı cəhətdən rəsmiyyətə salmadan ona müxtəlif kömək və ya xidmətlər göstərməklə Birliyi dəstəkləyən fiziki və hüquqi(dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) şəxslər aiddir. 3.11 Birliyin köməkçiləri Birliyin idarə orqanlarının işində məşvərətçi səs hüququ ilə iştirak edə bilərlər.
IV Birliyin strukturu və idarə orqanları
4.1 Birliyin ali orqanı ildə bir dəfə idarə heyətinin çağırdığı ümumi yığıncaqdır. Növbəti Ümumi yığıncağın çağırılması barəsində İdarə heyətinin qərarı və Ümumi yığıncağın müzakirəsinə verilməsi nəzərdə tutulmuş məsələlər, bu Nizamnamənin 4.5-ci bəndində nəzərdə tutulmuş halllar istisna olmaqla Ümumi yığıncağın açılışına azı 15 gün qalmış Birliyin üzvlərinə elan edilir. 4.2 Birliyin ali idarəetmə orqnı ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqdır. 4.3 Ümumi yüğıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağrıla bilər. 4.4 Ümumi yığıncaq: 4.4.1 Birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi; 4.4.2 Birliyin strukturunda dəyişikliklər edilməsi; 4.4.3 Birliyin əmlakının formalaşdırma və istifadə prinsiplərinin müəyyən edilməsi; 4.4.4 Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması; 4.4.5 Birliyin başqa təşkilatlarda iştirakı məsələsinin həll edilməsi; 4.4.6 Birliyin həsabatını dinləyir və əsas istiqamətləri müəyyənləşdirir; 4.4.7 Birliyin yenidən təşkili və ləğv edilməsi; 4.5 Birliyin təsisçilərinə və üzvlərinə Ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. 4.5.1 Birlik üzvlərinin 1/3-nin iştirak etdiyi ümumi yığıncaq səlahiyyətli sayılır. 4.6 Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edilə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol Ümumi yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanır. 4.7 İdarə Heyəti: 4.7.1 Ümumi yığıncaqlararası dövrdə Birliyin fəaliyyətinə İdarə həyəti rəhbərlik edir. İdarə heyətinin say tərkibini Ümumi yığıncaq müəyyən edir. 4.7.2 İdarə heyəti Birliyin Prezidentindən və Ümumi yığıncağın seçdiyi üzvlərdən ibarətdir. 4.7.3 idarə heyətinin yığıncaqları ayda bir dəfədən az olmamaq şərtilə Birliyin Prezidenti tərəfindən çağırılır. 4.7.4 Öz üzvləri arasından Birliyin vitse-prezidentini seçir; 4.7.5 Birliyin komitə və komissiyalarını (deportamentini) yaradır; 4.7.6 Birliyin büdcəsini, ştat cədvəlini və vəzifəli şəxslərin maaşlarını təsdiq edir; 4.7.7 Birliyin filial və nümayəndəliklərinin yaradılması məsələsini həll edir; 4.7.8 Müstəsna olaraq Ümumi yığıncağın səlahiyyətinə aid ədilmiş məsələlərdən başqa bütün məsələlər üzrə qərarlar qəbul edir. 4.7.9 İdarə heyətinin yığıncaqlarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. İdarə heyətinin yığıncaqları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 4.7.10 İdarə heyətinin yığıncaqlarında Birliyin Prezidenti sədrlik edir. 4.8 Birliyin Prezidenti : 4.8.1 Birliyin cari fəaliyyətinə rəhbərliyi Birliyin Prezidenti həyata keçirir. Birliyin Prezidentini Ümumi yığıncaq cizli səsvermə yolu ilə üç il müddətinə(yenidən seçilmək hüququ ilə) seçir. Birliyin Prezidenti öz fəaliyyəti ilə bağlı Ümumi yığıncaq qarşısında hesabat verir. 4.8.2 Birliyi təmsil edir, İdarə heyətinin müsbət rəyini almaqla Birliyin adından müqəvilələr bağlayır, pul vəsaitləri də daxil olmaqla Birliyin əmlakı üzərində sərəncam verir; 4.8.3 İdarə heyətinin işinə rəhbərlik edir; 4.8.4. Birliyin cari fəaliyyətinə aid məsələlər üzrə əmr və sərəncamlar verir; 4.8.5 İşçiləri işə qəbul edir və işdən azad edir; 4.8.6 Ümumi yığıncağın üzərinə qoyduğu başqa funksiyaları həyata keçirir. 4.9 Birliyin Prezidenti olmadıqda, onun səlahiyyətlərini vitse-prezident həyata keçirir. 4.10 Birliyin Nəzarət-Təftiş Komissiyası: 4.10.1 Birliyin seçkili orqanlarının , vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK-nın say tərkibini Ümumi yığıncaq müəyyən edir. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan ərizələrə 1 ay ərzində baxıb cavab verməlidir. 4.10.2.NTk-nın fəaliyyəti “Birliyin NTK-sı haqqında” Əsasnamə ilə tənzimlənir.
V. Birliyin fəaliyyəti
Birlik Azərbaycan respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və nizamnamədə nəzərdə tutulan məqsədlərə zidd olmayan ölkə daxilində və xaricində hər hansı fəaliyyət növünü həyata keçirə bilər. .Birlik əldə edilmiş gəlirin bir hissəsini maaş və humanitar məqsədlərə, qalan hissəsini isə təşkilatın genişlənməsi məqsədlərinə və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi işinə yönəldə bilər. Birlik: 5.3.1. Qiymətli kağızlar, əmlak və qeyri-əmlak hüquqlarını əldə edir; 5.3.2. Əmanətçi kimi təsərrüfat cəmiyyətlərində, yoldaşlıqlarda iştirak edir; 5.3.3. Qanunvericiliklə yol verilən digər fəaliyyəti həyata keçirir. 5.4. Birliyin mülkiyyətində və ya operativ idarəsində qanunvericilikdə qadağan olunmamış növlər də əmlak ola bilər. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdeh ola bilər. 5.5. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırma mənbələri: 5.5.1. təsisçilərin və ya Birliyin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları; 5.5.2. könüllü ianələr və yardımlar; 5.5.1. malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxil olmalar; 5.5.2. səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər, gəlirlər; 5.5.3. öz əmlakının icarəyə verilməsi və onun satılması nəticəsində əldə edilən gəlirlər; 5.5.4. qrantlar; 5.5.5. qanunvericilikdə qadağan olunmayan başqa gəlirlər.
VI. Birliyin filial və nümayəndəlikləri
6.1. Birlik Azərbaycan respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər. 6.2. Birliyin filial\ həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilə bilər və onun fəaliyyətini və ya fəlaiyyətinin bir hissəsini həyata keçirə bilər. 6.3. Birliyin nümayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir. 6.4. Birliyin filialı və nümayəndəliyi hüquqi şəxs deyil, onları yaratmış təşkilatın əmlakından pay alır və onun adından, təsdiq etdiyi Əsasnaməyə əsasən, fəaliyyət göstərir. Filial və nümayəndəliklərin fəaliyyətinə görə onları yaradan qeyri-hökumət təşkilatı məsuliyyət daşıyır. 6.5. Filial və nümayəndəliyin rəhbərləri Birliyin İdarə Heyəti tərəfindən təyin edilir və onun tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərir.
VII . Birliyin fəaliyyətinə xitam verilməsi.
7.1. Birliyin fəaliyyətinə, birliyin yenidən təşkil edilməsi(birləşdirmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya Birliyin ləğv edilməsi yolları ilə xitam verilir. 7.2. Birlik qanunvericilikdə nəzərdə tutulan qaydada yenidən təşkil edilə bilər. Birliyin yenidən təşkili onun təsisçilərinin və ya təşkilatın nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Birliyin yenidən təşkili birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə formalarında həyata keçirilə bilər. Birliyin başqa təşkilatın ona birləşmə, qoşulma formalarında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında qydin aparıldığı andan sayılır. Birliyin ayrılma və bölünmə formalarında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması haqqında və ya bölünən təşkilatın fəaliyyətinə xitam verilməsi haqqında və yeni qeyri-hökumət təşkilatının təsis edilməsi haqqında qeydlərin aparıldığı andan sayılır. Birliyin çevrilmə formasında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud olan təşkilatının ləğvi və onun əsasında yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin aparıldığı andan sayılır. Birləşmədən, qoşulmadan, bölünmədən, ayrılmadan və ya çevrilmədən sonra hüquq varisliyi ilə bağlı olan bütün məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər. Birlik ləğv edildikdə onun əmlakı ictimai birliyin nizamnaməsində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.
|
||||
|
||||