Müasir Mətbuat Tarixi  Muzeyi

Mətbuatda

 

 

“Samizdat nəşrlər kataloqu
çapdan çıxıb

Müasir Mətbuat Tarixi Muzeyi layihəsi çərçivəsində 1988-92-ci illərdə Azərbaycanda nəşr olunan “Samizdat” nəşrlər haqqında məlumatlar kataloqu çapdan çıxıb. Demokratik İslahatlar Mərkəzi tərəfindən “Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu”nun maliyyə dəstəyi ilə işıq üzü görən Kataloqda Azərbaycanda nəşr olunan onlarla “Samizdat” qəzet, habelə gizli şəkildə buraxılan vərəqələr barədə məlumatlar toplanıb. Layihənin rəhbəri Mehman Cavadoğlunun dediyinə görə adı çəkilən nəşrlərdən ibarət yaradılacaq muzey Mətbuat Şurasının binasında yerləşəcək və gənc jurnalistlər bir qədər yaşlı həmkarlarının keçmişdəki fəaliyyətləri ilə tanış ola biləcəklər.
Ervin MİRZƏ


“Yeni Müsavat ” qəzeti, 31 dekabr 2006-cı il


ТАКОЕ НУЖНОЕ ИЗДАНИЕ

В канун нового года в рамках проекта «Музей истории современной печати» увидела свет брошюра – каталог «Самиздат», охватывающий отечественные  неофициальные издания 1988-92 годов. Проект осуществляется при финансовой поддержке «Института открытого общества». Автор проекта и редактор каталога – Мехман Джавадоглы.

Само определение «самиздат» пришло к нам из советского прошлого, когда государственная монополия на издательскую продукцию не допускала сколь-нибудь независимого печатного органа. Но с началом откровенной агрессии Армении, когда местная партийная власть всячески старалась переложить решение вопроса на плечи Кремля, устраняя участие народа в решении проблемы, на волне народного недовольства и самоорганизации стали появляться листовки и печатные издания. Многие из них, хоть и не были на должном полиграфическом уровне, но несли именно то, что хотел знать читатель – правду о событиях. Авторы не без оснований считают тот период отечественной периодики вторым ренессансом, породившим обозреваемый ныне газетно-журнальный бум. Причем, большое количество изданий того времени и запрет государственным типографиям на принятие подобных заказов, явились началом новых типографий и издательств. Периодика  того времени ежедневно писала саму историю Азербайджана, что сегодня представляет собой серьезный источник сведений того периода.

 В каталоге содержится информация о десятках газет, бюллетеней, листовок, содержание многих из которых, учитывая и Карабах, и постсоветскую ситуацию в стране, актуально и сегодня. Однако, как пишет автор во вступительной статье, многие архивы и библиотеки не оказали помощи при издании каталога, такого нужного, на наш взгляд издания. В общем, это понятно, романтика конца 80-х закончилась, что трудно понять самим романтикам того времени.

Мадина Искандерова,

Газета «Хазри», 30 декабря, 2006-года


“Samizdat”
kataloqu işıq üzü görüb

Müasir Mətbuat Muzeyi çərçivəsində kataloq işıq üzü görüb. Kataloqda 1988-92-ci illərdə buraxılan “Samizdat” nəşrlər haqqında məlumatlar öz əksini tapıb.

Layihənin rəhbəri Mehman Cavad oğlu ön sözdə həmin illəri Azərbaycan mətbuatının intibah dövrü kimi qiymətləndirib: “Kifayət qədər qısa bir zaman kəsiyində yüzlərlə cüçap məhsulu peyda oldu ki, mətbuatın az öncəki vəziyyəti ilə müqayisədə bu proses əsl “bum” xarakteri daşıyırdı. Ən əsası o idi ki, bütün prosesləri müxtəlif rakurslardan işıqlandırırdı”.

2 min nüsxə nəşr olunan Kataloq “Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu”nun maliyyə dəstəyi ilə gerçəkləşdirilib.


“Gündəlik Azərbaycan” qəzeti, 30dekabr 2006-cı il


Müasir mətbuat tariximizdən

                             Demokratik İslahatlar Mərkəzinin təqdimatında

 

Redaksiyadan: Demokratik İslahatlar Mərkəzi 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycanda kustar üsulla (daha çox «Samizdat» adlanır) dərc olunan qəzet və dərgilərlə bağlı ətraflı araşdırma aparıb. Əldə edilən nəticələrdən görünür ki, müstəqilliyin ilk illərində Azərbaycanda  70-dən artıq qəzet və dərgilər, o cümlədən xüsusi vərəqələr işıq üzü görüb. Tədqiqatı maraqlı edən amillərdən biri müasir mətbuat tarixinin ilk dəfə ətraflı şəkildə öyrənilməsidir. Təbii ki, hər bir vətəndaş üçün ictimai-siyasi vəziyyətin gərgin olduğu həmin dövrdə hansı çap məhsularının işıq üzü görməsi, onların kimlər tərəfindən və hansı üsullarla buraxılması, dərgi və qəzetlərin sonrakı taleyi və s. məsələlər olduqca maraqlıdır. Bu tədqiqat müasir mətbuat tarixinin öyrənilməsi baxımından da xüsusilə əhəmiyyətlidir və əslində ali məktəblərin jurnalistika fakültələrində mətbuat tarixi fənninin tədrisi prosesində bu araşdırmadan istifadə edilməsi faydalı olardı. Mümkündür ki, Demokratik İslahatlar Mərkəzinin bu günlərdə çap edəcəyi və qeyd olanan tədqqatı bütünlüklə özündə əks etdirən «Samizdpt» nəşrlər Kataloqu» kitabının gələcəkdə ali məktələrdə tədris üçün tövsiyyə olunsun. Hər bir halda Demokratik İslahatlar Mərkəzinin araşdırması xüsusi əhəmiyyət kəsb edir və tərəfimizdən təqdir olunur.

Qeyd edək ki, DİM Azərbaycan mətbuatının həmin dövrdəki mənzərəsini özündə əks etdirəcək və qoruyub saxlayacaq «Müasir Mətbuat Tarixi Muzeyi»ni də yaradıb və muzeyin Mətbut Şurasına veriləcək binada yerləşməsi nəzərdə tutulub. Məlumat üçün bildirək ki, bu layihə «Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu»nun maliyyə dəstəyiylə həyata keçirilib. Demokratik İslahatlar Mərkəzinin rəhbəri Mehman Cavadoğludan aldığımız məlumata görə layihəni həyata keçirmək üçun üç istiqamətdə iş aparılıb:

- ötən əsrin 80-ci illərində nəşr edilmiş çap məhsulları toplanıb;

- toplanmış materiallar «Müasir Mətbuat Tarixi Muzeyi»ndə yerləşdirilmək üçün çeşidlənib;

- «Samizdat»ların elektron və çap kataloqu hazırlanıb.

Mehman bəy əlavə etdi ki, bəzi nəşrlərdə nəşr tarixi, müəlliflərin kimliyi, bəzilərində isə, ümumiyyətlə, heç bir rekvizit göstərilmədiyindən onların konkret nə vaxt, kim və ya hansı təşkilat tərəfindən buraxıldığını müəyyənləşdirmək mümkün olmayıb. «Samizdat»lara gəlincə, tədqiqat zamanı məlum olub ki, onlar müxtəlif formatlardan istifadə olunmaqla (qəzetlərin böyük əksəriyyəti A3 formatında 4 səhifə, digər dərgilər isə müxtəlif formatlarda və həcmdə) əsasən kiril əlifabası ilə nəşr edilib. Buna baxmayaraq muzey eksponatları kataloqda latın əlifbasındakı hərflərin ardıcıllığı ilə düzülüb.

Beləliklə, DİM-in tədqiqatları nəticəsində müasir mətbuat tariximizin aşağıdakı nümunələri aşkar olunub(bundan sonra  qəzetin bir-neçə nömrəsində muzeyin kataloqu tam həcmdə dərc edilib).

14 dekabr 2006-cı il. "Mühakimə"  qəzeti


Müasir Mətbuat Tarixi Muzeyi yaradılıb

Layihə müəllifləri  "samizdat" nəşrlərin toplanması zamanı çətinliklərlə üzləşiblər.

Demokratik İslahatlar Mərkəzi  “Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu”nun   maliyyə   dəstəyilə “Müasir Mətbuat Tarixi Muzeyi ”  layihəsini  sona çatdırmaq üzrədir. Yaradılmış muzey barəsində məlumat  əldə etmək üçün DİM əməkdaşı İmran Ağayevə        müraciət etdik: “Bildiyiniz kimi ötən əsrin sonlarında keçmiş SSRİ-də  ictimai –siyasi  proseslər  o zaman üçün görünməmiş  vüsət almağa ,  xalq hərəkatları yaranmağa  başladı.  Azərbaycanda isə bu proses həm də mənfur qonşularımızın ərazi iddiaları  müşaiət  olunurdu. Həmin dövrdə hələ fəaliyyətdə olan kommunist partiyası ölkənin bütün rəsmi kütləvi informasiya vasitələrinə nəzrarət edirdi. Belə bir vaxtda, ölkədə yaranmış yeni ictimai-siyasi şəraitdə cəmiyyətdə alternativ informasiyaya kəskin tələbat yaranmışdı. Odur ki,  vətənpərvər  insanlar  qeyri-leqal və yarımleqal şəkildə kustar üsullarla    “samizdat”  deyilən  nəşrləri  hazırlayıb  yayırdılar.  Sonradan həmin nəşrlərin bəzilərinin fəaliyyəti leqallaşdırılsa da, əksəriyyətinin missiyası elə o zaman başa çatdı.  Xatırladım ki,  “Yeni Müsavat”, “İstiqlal”  kimi sonrakı dövrlərdə də ictimai rəyə təsir edən qəzetlər məhz  “samizdat”  formasında nəşrə  başlayıblar.  Digər “samizdat” nümunələri isə ən yaxşı halda pərakəndə şəkildə ayrı-ayrı şəxsi arxivlərdə saxlanılırdı. Mətbuat tariximizin bəzi inciləri isə baxımsızlıq,  aktuallığını itirməsi ucbatından  it-bat olub. Məhz bu vəziyyətin doğurduğu  acı təəssüf hissi və   gələcək nəsillərin  də bu tarixi öyrənmək haqqı  bizi “Müasir Mətbuat Tarixi Muzeyi”   layihəsini   reallaşdırmaq zərurəti ilə üz-üzə qoydu.”  Muzeyin formalaşdırılması üçün DİM-in gördüyü işlər barəsində danışan İmran bəy bildirdi ki: “Hər şeydən əvvəl mətbuat vasitəsilə  oxuculara müraciət elədik ki,  şəxsi  arxivlərində  olan  “samizdat”  nəşrləri bizə təqdim eləsinlər.  Eyni zamanda şəxsi əlaqələr  vasitəsi ilə  o zaman xalq hərəkatında aktiv iştirak etmiş insanlar müraciət etdik.  Xatırladm  ki,  layihənin rəhbəri Mehman Cavadoğlu  özü də bir çox “samizdat” nəşrlərin buraxılmasında fəal  iştirak edib. Həm Bakı şəhərində, həm də bölgələrdə olan nəşrləri topladıqdan sonra materialları sistemləşdirdik. Yeri gəlmişkən qeyd edim ki,  topladığımız   “samizdat”lar  müxtəlif   formatlarda  dərc olunub. Çoxlarının üzərində heç bir rekvizit yoxdu,  əksəriyyətində buraxılma tarixi  və müəlliflər göstərilməyib.  Bu səbəblərdən də sistemləşdirmə zamanı müəyyən çətinliklərlə üzləşdik  Eyni zamanda muzeyin elektron variantını hazırlamışıq. Oxucular  www.dim-az.org  ünvanında muzeyin kataloqunun elektron variantı ilə tanış ola bilərlər. Eyni zamanda muzeyin kataloqunun çapa hazırlanması prosesi yekunlaşmaq üzrədir. Məlumat üçün deyim ki, layihəni “Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu”nun dəstəyi ilə həyata keçiririk. Tərəfdaşımızla razılaşmamıza görə Müasir Mətbuat Tarixi Muzeyinin  Mətbuat Şurasında  yerləşməsini nəzərdə tutulub.  Lakin hal-hazırda MŞ-nın  özünün də bu sahədə problemləri olduğuna görə  vəziyyət  bir az çətinləşir.  Düşünürəm ki,   muzey üçün normal şərait yarada biləcəyik.” 

29 noyabr 2006-cı il.  "Azadlıq" qəzeti


SOVET DÖVRÜNÜN GİZLİ NƏŞRLƏRİ MUZEYDƏ TOPLANACAQ
2006-11-22 - 18:42:00
 

Demokratik İslahatlar Mərkəzi (DİM) «Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu»nun maliyyə dəstəyi ilə «Müasir Mətbuat Tarixi Muzeyi» layihəsini sona çatdırmaq üzrədir. «Media forum» saytı yaradılmış muzey barədə ətraflı məlumat almaq üçün DİM əməkdaşı İmran Ağayevə müraciət edib.

- Müasir Mətbuat Tarixi Muzeyinin yaradılması ideyası hansı zərurətdən yaranıb?

- Bildiyiniz kimi, ötən əsrin sonlarında keçmiş SSRİ-də ictimai –siyasi proseslər o zaman üçün görünməmiş vüsət almağa, xalq hərakatları yaranmağa başladı. Azərbaycanda isə bu proses həm də ermənilərin ərazi iddiaları ilə bərabər müşayət olunurdu. Həmin dövrdə hələ fəaliyyətdə olan Kommunist Partiyası ölkənin bütün rəsmi kütləvi informasiya vasitələrinə nəzarət edirdi. Belə bir vaxtda, ölkədə yaranmış yeni ictimai-siyasi şəraitdə cəmiyyətdə alternativ informasiyaya kəskin tələbat yarandı. Odur ki, vətənpərvər insanlar qeyri-leqal və yarımleqal şəkildə kustar üsullarla «samizdat» deyilən nəşrlər hazırlayıb yayırdılar. Sonradan həmin nəşrlərin bəzilərinin fəaliyyəti leqallaşdırılsa da, əksəriyyətinin missiyası başa çatdı.

Xatırladım ki, «Yeni Müsavat», «İstiqlal» kimi sonrakı dövrlərdə də ictimai rəyə təsir edən qəzetlər məhz «samizdat» formasında nəşrə başlayıblar. Digər «samizdat» nümunələri isə ən yaxşı halda pərakəndə şəkildə ayrı-ayrı şəxsi arxivlərdə saxlanılırdı. Mətbuat tariximizin bəzi inciləri isə baxımsızlıq, aktuallığını itirməsi ucbatından it-bat olub. Məhz bu vəziyyətin doğurduğu acı təəssüf hissi və gələcək nəsillərin də bu tarixi öyrənmək haqqı bizi «Müasir Mətbuat Tarixi Muzeyi» layihəsini reallaşdırmaq zərurəti ilə üz-üzə qoydu.

- Muzeyin formalaşdırılması üçün DİM hansı işləri görüb?

- Hər şeydən əvvəl mətbuat vasitəsilə oxuculara müraciət elədik ki, şəxsi arxivlərində olan «samizdat» nəşrləri bizə təqdim eləsinlər. Eyni zamanda şəxsi əlaqələr vasitəsi ilə o zaman xalq hərəkatında aktiv iştirak etmiş insanlara müraciət etdik. Xatırladım ki, layihənin rəhbəri Mehman Cavadoğlu özü də bir çox «samizdat» nəşrlərin buraxılmasında fəal iştirak edib. Həm Bakı şəhərində, həm də bölgələrdə olan nəşrləri topladıqdan sonra materialları sistemləşdirdik.
 
Yeri gəlmişkən, topladığımız «samizdat»lar müxtəlif formatlarda dərc olunub. Çoxlarının üzərində heç bir rekvizit yoxdu, əksəriyyətində buraxılma tarixi və müəlliflər göstərilməyib. Bu səbəblərdən də sistemləşdirmə zamanı müəyyən çətinliklərlə üzləşdik. Bundan əlavə muzeyin elektron variantını da hazırladıq. Oxucular www.dim-az.org ünvanında muzeyin elektron variantı ilə tanış ola bilərlər. Eyni zamanda muzeyin kataloqunun çapa hazırlanması prosesi yekunlaşmaq üzrədir.

- İmran bəy, bəs muzey məkan olaraq harada yerləşəcək?

- Layihəni Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə həyata keçiririk. Razılaşmaya görə, Müasir Mətbuat Tarixi Muzeyinin Mətbuat Şurasının qərargahında yerləşməsi nəzərdə tutulub. Lakin hazırda Mətbuat Şurasının özünün də bu sahədə problemləri var, ona görə də vəziyyət bir qədər çətinləşib. Amma düşünürəm ki, muzey üçün normal şərait yarada biləcəyik.

Mediaforum


Mətbuat Tarixi Muzeyi yaradılır

Demokratik İslahatlar Mərkəzi(DİM) “Müasir Mətbuat Tarixi Muzeyi ” layihəsini başa çatdırmaq üzrədir. Müasir mətbuaımızın tarixi keçən əsrin sonlarında başlamış xalq hərəkatının tarixi ilə paralel formalaşıb, desək yəqin ki, yanılmarıq.  Həmin dövrə qədər mətbuat hələ fəaliyyətdə olan sovet rejiminin ciddi senzurası altında fəaliyyət göstərirdi. Azərbaycanda da cəmiyyət söz azadlığı və plüralizm anlayışlarından son dərəcə uzaq idi. Ermənilərin Dağlıq Qarabağla bağlı ərazi iddialarını kütləvi  və davamlı etiraz aksiyalarıyla qarşılayan Azərbaycan xalqı bu ətaləti ilk pozanlardan oldu- milyonlarla insanın toplaşdığı azad söz və kəskin fikirlər üçün əsl tribunaya çevrildi. Sonralar xalq hərəkatı kimi qiymətləndirilərək bu açıq mübarizə  çox keçmədi ki, milli mətbuata da öz təsirini göstərdi. Tezliklə qeyri – leqal  və yarımleqal “samizdat” nəşrlər dərc edilməyə başladı.

Artıq  üstündən 15 ilə yaxın vaxt keçməsinə baxmayaraq, indiyədək bu nəşrlər bir yerə toplanmamış, gələcək nasillərin bu materiallardan istifadəsi üçün sistem yaradşlmamışdı. Bu zərurəti anlayan DİM ayrı-ayrı şəxslərin arxivlərində  mövcud olan, o dövrdə minbir əziyyatlə dərc olunmuş  “samizdat”ları  toplayaraq   vahid bir sistem –müasir  mətbuat tarixi muzeyi yaradıb. Muzeyin yaradılması   Açşq Cəmiyyət İnstitutu- yardşm Fondunun köməyi sayəsində baş tutub.

Xatşrladaq ki, muzey eksponatlarının kataloqunun hazırlanması layihə çərçivəsində görüləcək işlər  sırasındadır. Bu kataloqun elektron versiyası isə artıq hazırdır- www.dim-org.az səhifəsində siz hər bir muzey eksponatı haqqında məlumat əldə edə biləsiniz.

 24 noyabr 2006-cı il. “Yeni Müsavat”  qəzeti 

 

 

Bu səhifə

Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun

dəstəyi ilə yaradılıb

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bizə yazın