|
Demokratİk
İslahatlar
Mərkəzi
|
|
|
|
|
|
“Yeni Müsavat”, 29 aprel
İnformasiya azadlığının məhdudlaşdırılması Demokratik İslahatlar Mərkəzi bu mövzuda tədbir kecirdi
Dünən Demokratik İslahatlar Mərkəzi “Nizami” Mətbuat Klubunda Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə "KİV-lərdə təhqir və böhtan jumalistika və hüquq müstəvisində" layihəsi çərçivəsində "İnformasiya azadlığının məhdudlaşdırılması təhqir və böhtana şərait yaradır" mövzusunda Dəyirrni Masa keçirildi. Mərkəzin və layihənin rəhbəri Mehman Cavadoğlu bildirdi ki, adı çəkilən təşkilatın maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq üç seminar təşkil olunub. Mövzu ilə əlaqədar çıxış edən ekspert Vaqif Hacıbəyli dedi ki, demokratik ölkələrdə jurnalistlərin məlumat almasına ciddi maneələr yoxdur: "Aydın məsələdir ki, məlumat azadlığı olmayan ölkələr demokratik dövlətlər hesab edilmir. Bu məsələ Avropa İnsan Haqları Konvensiyasında da öz əksini tapıb." Məruzəçi bildirdi ki, Azərbaycanda da məlumat azadlığı ilə bağlı bir sıra qanunlar qəbul edilib: "Amma bu qanunlar deklarativ xarakter daşıyır. Daha doğrusu, qanundakı müddəalar tətbiq olunmur və onların icra mexanizmi yoxdur. Digər tərəfdən, 2002-ci ildə ölkə başçısının dövlət sirrinin yayılmasının qarşısının alınması ilə bağlı verdiyi fərman dolayısı ilə Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılmasına xidmət edir. Bu qanuna görə, müəyyən məsələləri qəzet səhifələrinə çıxarmamışdan öncə redaktorlar müvafiq orqanlara müraciət etməlidirlər." Sözünü davam etdirən V. Hacıbəyli "KİV haqqında" qanuna öz münasibətini bildirdi. Onun sözlərinə görə, bu qanunda mətbuat və söz azadlıqları ilə bağlı fikirlər öz əksini tapsa da, demokratik mühitin olmaması üzündən onun praktikada tətbiq edilməsi mümkün deyil. Məruzəçi mətbuat və söz azadlığı ilə bağlı Media Hüququ İnstitutunun hazırladığı layihəyə də münasibət bildirdi. V.Hacıbəyli həmin layihənin müzakirə edilməsi üçün Avropa Şurasına göndərildiyini vurğuladı.
-----------------------
“Müxalifət”, 29 aprel Jurnalistikanın problemləri çözlilür: "KIV-lə bağlı qanunlar deklorativ xarakter daşıyır"
Bu günlərdə sayca 4-cü bülleteni işıq üzü görən Demokratik İslahatlar Mərkəzi Açıq Cəmiyyət İnstitutunun maliyyə yardımı ilə "KİV-də təhqir və böhtan jurnalistika və hüquq müstəvisində" adlı layihə çərçivəsində aprelin 28-də növbəti tədbirini keçirib. "Nizami" mətbuat klubunda baş tutan Dəyirmi Masa "İnformasiya azadlığının məhdudlaşdırılması təhqir və böhtana şərait yaradır" mövzusunda idi. Giriş sözü ilə tədbiri açan DİM sədri Mehman Cavadoğlu ACİ-nin yardımı ilə artıq üçüncü tədbir keçirildiyini deməklə yanaşı, jurnalistlərin bu sahədə qarşılaşdıqları problemləri yaradan səbəblərə də diqqət yetirdi. Onun sözlərinə görə, jurnalistlərin informasiya almaq hüquqları pozulduqca, onlar öz fərziyyələrini təqdim etmək zorunda qalırlar ki, bu da xoşagəlməz sonluqla nəticələnir. Media nümayəndələrinin hüquqlarının pozulmasının qarşısını almaq məqsədilə "Artikl 19" təşkilatının tələbi əsasında "İnformasiya azadlığı haqqında" qanuna alternativ olaraq hazırlanan layihənin müəlliflərindən biri, tanınmış hüquqşünas Vaqif Hacıbəyli demokratik dövlətdə jurnalistin informasiya almasına heç bir maneə olmadığını bildirdi: "Aydın məsələdir ki, məlumat azadlığı olmayan ölkələr demokratik dövlət hesab edilmir. Bu məsələ Avropa Şurasının İnsan Haqları Konvensiyasında da əksini tapıb. Mətbuat azadlığı ilə bağlı Azərbaycanda da bir sıra qanunlar qəbul edilib. Amma bunlar deklorativ xarakter daşıyır. Daha doğrusu, qanundakı müddəalar tətbiq olunmur və onların icra mexanizmi yoxdur. Digər tərəfdən, 2002- ci ildə ölkə başçısının dövlət sirrinin yayılmasının qarşısının alınması ilə bağlı verdiyi fərman dolayısı ilə Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılmasına xidmət edir. Bu qanuna görə, müəyyən məlumatları qəzet səhifəsinə çıxarmazdan öncə redaktorlar müvafiq orqanlara müraciət etməlidir." "Dəyirmi Masa" iştirakçılarından fəlsəfə elmləri doktoru Niyazi Mehdi, AJK sədri Azər Həsrət, BDU-nun dosenti Nəsir Əhmədli, qəzetimizin baş redaktoru Rövşən Kəbirli, "525-ci qəzet”in redaktoru Yaşar Əliyev, Azər Qaraçənli və digərləri mövzu ilə bağlı mülahizələrini bildirdi. Tədbir iştirakçıları o fikirlə həmrəy oldular ki, mövcud Azərbaycan reallığında ən təkmil qanunun belə icra mexanizmi olmur. Bunun başlıca səbəblərindən biri isə ölkədə məhkəmə sisteminin icra hakimiyyətindən, bəzənsə hətta adi məmurdan belə asılı vəziyyətdə olmasıdır.
-----------------------
“Gün səhər”, 29 aprel
"Hansı ölkədə söz və məlumat azadlığı
Dünən “Nizami” Mətbuat Klubunda "İnformasiya azadlığının məhdudlaşdırılması təhqir və böhtanlara şərait yaradır" mövzusunda Dəyirmi Masa keçirildi. Tədbiri giriş sözü ilə açan Mehman Cavadoğlu Azərbaycanda məlumat azadlığının məhdudlaşdırılmasından və bunun ictimaiyyətə mənfi təsirindən danışdı. Hüquqşünas Vaqif Hacıbəyli bildirdi ki, məlumat azadlığının məhdudlaşdırılması demokratiyanın inkişafına zərbə vuran ən böyük amillərdəndir: "Azərbaycanda 1998-ci ildə qəbul edilən "İnformasiya azadlığı haqqında" qanun ölkəmizin Avropa Şurasına üzv qəbul edilməsindən əvvəl olduğuna görə beynəlxalq prinsiplərə uyğun gəlmir. Eləcə də 1996, 2002-ci illərdə verilən dövlət sirri haqqında fərmanda da bəzi çatışmazlıqlar var, onlar aradan qaldırılmalıdır. Konstitusiyanın 50-ci maddəsində göstərilir ki, hər bir şəxsin məlumat almaq, çatdırmaq, yaymaq hüququ var. Lakin Azərbaycanda bir çox yüksək vəzifəli məmur nəinki jurnalistlərə məlumat vermir, hətta onları təhqir edir və qovur. Qanunda göstərilir ki, jurnalist məlumat verməkdən boyun qaçıran məmuru məhkəməyə verə bilər. Ancaq məhkəmələr bu cür şikayətlərə baxmır". Bəlli oldu ki, yalnız bir dəfə - Masallıda jurnalist yerli təhsil şöbəsinin müdirini onun göndərdiyi sorğuya cavab vermədiyi üçün məhkəməyə verib və məhkəməni udub. V.Hacıbəyli məlumat azadlığının məhdudlaşdırılmasının qarşısının alınması üçün iki layihə hazırlandığını dedi. Azərbaycan jurnalistlər Konfederasiyasının baş katibi Azər Həsrət isə məlumatların informativ kommunikasiya texnologiyası vasitəsi ilə çatdırılmasının vacibliyindən danışdı: "Bir çoxları camaatın internetdən istifadə edə bilməməsini bəhanə gətirir. Bu, yanlış fikirdir. İnternet vasitəsi ilə məlumat almaq asandır və bu üsuldan hamı istifadə edə bilər. Məlumat azadlığının məhdudlaşdırılması tək jurnalistlərin yox, bütövlükdə ictimaiyyətin problemidir. Çünki bu çatışmazlıq demokratiyaya xələl gətirməklə yanaşı, dövlətin inkişafını ləngidir və ağır hüquq pozuntuları ilə nəticələnir". Iki saata yaxın davam edən tədbirdə media nümayəndələri də müzakirələrə qatıldılar. Tədbir Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun təşəbbüsü ilə "KİV-də təhqir və böhtanlar jurnalistika və hüquq müstəvisində" layihəsi çərçivəsində keçirilirdi.
-----------------------
“525-ci qəzet”, 29 aprel
"İnformasiya
azadlığının məhdudlaşdırılması
"HAKİMİYYƏT ÖZÜNÜ
DÖVLƏTLƏ EYNİLƏŞDİRƏNDƏ
Dünən "Nizami" Mətbuat Klubunda Demokratik İslahatlar Mərkəzinin (DİM) təşəbbüsü ilə "İnformasiya azadlığının məhdudlaşdırılması təhqir və böhtana şərait yaradır" mövzusunda toplantı keçirildi. Tədbir SOROS-un maliyyə dəstəyilə gerçəkləşən "KİV-də təhqir və böhtan jurnalistika və hüquq müstəvisində" layihəsi çərçivəsində baş tutdu. Mərkəzin rəhbəri Mehman Cavadoğlu artıq proqram müddətində 4 tədbir keçirildiyini dedi. Mövzunun aktuallığını nəzərə çatdıran qurum rəhbəri bəzən mətbuat nümayəndələrinin informasiya almamaları, informasiya azadlığının məhdudlaşdırılması səbəbindən təhqir və böhtana yol açdığını dilə gətirdi. Hüquqşünas Vaqif Hacıbəyli məlumat azadlığını demokratiya üçün başlıca şərt kimi qiymətləndirdi. Onun dediyinə görə, söz azadlığının təmin edildiyi ölkələrdə korrupsiyanın qarşısı alınır, əhalinin həyat səviyyəsi yüksəlir. V.Hacıbəyli məlumat azadlığının təsbit olunduğu beynəlxalq və yerli sənədlərdən də danışdı: "Azərbaycanda 1998-ci ildə bu haqda qanun qüvvəyə minib. Ancaq bu qanunvericilikdəki müddəalar deklorativ xarakter daşıyır. 1996-cı ildən "Dövlət sirri haqqında" qanun qüvvədədir. 2002-ci ildə prezident dövlət sirlərinin qorunması ilə bağlı fərman imzalayıb. Məlumat azadlığının məhdudlaşdırdığı üçün beynəlxalq ekspertlər bu sərəncamın aradan qaldırılmasını tələb edirlər". V.Hacıbəyli 1998-ci ildə qəbul olunan "Məlumat azadlığı .haqqında” qanun beynəlxalq standartlara cavab vermədiyinə görə həm hökumət, həm də Media Haqları Institutlarından ıkı yeni qanun layihəsi hazırlandığını dədi. O, qanun layihələrində əsas mübahisə elementi kimi dövlət sirrinin yayılmasının üzərində dayanaraq, bunun "Dövlət Sirri haqqında" qanunla tənzimlənməli olduğunu bildirdi. V.Hacıbəyli hər iki layihədə ictimaiyyət üçün bütün məlumatların dövlət orqanları tərəfındən dərc edilməsi, hakimiyyət orqanlarının fəaliyyətinin ictimaiyyət üçün açıq olması, məlumat almağın asanlaşdırılması, sorğulara cavab verilməsi məsələlərinin vacibliyini dedi. Azərbaycanda məlumat azadlığı hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəmə proseslərinə toxunan V.Hacıbəyli xarici ekspertlərin apardıqları sorğu nəticəsində yalnız bir faktın araşdırıldığını dedi. O, ötən ilin oktyabrında Gürcüstanda mövzu ilə əlaqədar keçirilən bir konfransda Azərbaycan üçün bəzi tövsiyələr verildiyini vurğuladı. Filosof Niyazi Mehdi informasiya almaq üçün intenetdə geniş imkanlar yaradılmasının vacibliyini önə çəkdi: "Hakimiyyət özünü dövlətlə eyniləşdirəndə ortada məlumat azadlığına yer qalmır". Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi Azər Həsrətin sözlərinə görə, qanunların təkmilləşdirilməsindən danışanda təkcə jurnalistləri deyil, hər bir vətəndaşı nəzərə almaq lazımdır. "525-ci qəzet”in redaktoru Yaşar Əliyevin sözlərinə görə, ən qiymətli məhsul hesab olunan informasiyanın Azərbaycanda alıcısı yoxdur: "Biz özümüz onu qiymətdən salmışıq".
-----------------------
525-ci qəzet, 19 fevral 2005
"Məmurlara məhkəməyə şikayət üçün bəhanə verməyin
"YAYILAN MƏLUMATIN YALAN OLDUĞU GÖZ QABAĞINDADIRSA,
Demokratik İslahatlar Mərkəzi "KİV-də təhqir və böhtan hüquq və jurnalistika müstəvisində" adlı layihə həyata keçirir. Bu çərçivədə iki seminar keçirmiş qurum dünən Təhqir, şərəf və ləyaqətlə bağlı ittihamlarla üzləşməmək üçün jurnalistlər nəyi bilməlidirlər" mövzusunda növbəti seminar təşkil etdi. Demokratik İslahatlar Mərkəzinin rəhbəri Mehman Cavadoğlu bildirdi ki, mətbuat orqanları təhqir, şərəf və ləyaqətlə bağlı iddialarla tez-tez məhkəmələrə cəlb olunurlar. Nəticədə cərimələnır, bir sıra problemlərlə üzləşirlər. M.Cavadoğlunun sözlərinə görə, jurnalistikanın inkişafına mənfi təsir göstərən belə hallarda əksərən iddiaçı rolunda məmurlar olurlar və məhkəmələrdə onların xeyrinə qərarlar çıxarılır. Qurum rəhbəri qeyd etdi ki, belə xoşagəlməz hallarla üzləşməmək üçün jurnalistlər diqqətli olmalı, iddiaçılara məhkəməyə şikayət üçün bəhanə verməməlidirlər. Mövzu ilə bağlı məruzə edən hüquqşünas Vaqif Hacıbəyli bildirdi ki, təhqir, şərəf və ləyaqətin müdafiəsilə bağlı iddialar irəli sürülməsi bəzən qəzetlərin bağlanmasına, bank hesablarına həbs qoyulmasına gətirib çıxarır. O, şərəf və ləyaqətin müdafiəsi, insan haqlan ilə bağlı müxtəlif illərdə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan konvensiyalar barədə məlumat verərək dedi ki, həmin sənədlərin əksəriyyətini ratifikasiya etmiş Azərbaycan öz qanunvericiliyini onlardan irəli gələn tələblərlə uyğunlaşdırmalıdır. V.Hacıbəyli qeyd etdi ki, dövlətin ərazi bütövlüyünün, suverenliyinin, şəxsiyyətin şərəf və ləyaqətinin qorunması məsələləri istisna olmaqla, digər ittihamlar üzrə məhkəmə qərarları beynəlxalq normalara ziddir. Fikir, ifadə azadlığının bütün beynəlxalq sənədlərdə əksini tapdığını deyən məruzəçi vurğuladı ki, bu normalara əsasən, həmçinin tənqidə görə təqib yolverilməzdir. V.Hacıbəyli qeyd etdi ki, şəxsiyyətin təhqir olunmasına görə təkzib onu yayan KİV tərə-findən verilməlidir. Şəxsiyyəti təhqir olunan isə dəymiş mənəvi zərərə görə təzminat tələb edə bilər. Amma hüquqşünasın sözlərinə görə, Azərbaycan qanunvericiliyində mənəvi zərərə görə maddi təzminatın konkret həddi müəyyən edilmədiyindən qəzetlərə qarşı çox vaxt reallığa və məntiqə uyğun gəlməyən iddialar irəli sürülür və məhkəmələr tərəfindən icraata götürülür. Ona görə də jurnalist məlumatın həqiqiliyinə əmin olmadığı hal-da onu yaymazdan qabaq hüquqşünaslarla məsləhətləşməli, bu məsələdə diqqətli olmalıdır: "Əgər yayılan məlumatın yalan olduğu açıq-aşkardırsa, göz qa-bağındadırsa, buna görə təkzib verməkdən çəkinmək lazım deyil. Çox vaxt redaktorlar təkzibi faciə kimi qəbul edirlər. Amma iş gedən yerdə yanlışlıq da ola bilər və əgər bu, vicdanlı yanılmadırsa, onun məsuliyyətindən yaxa qurtarmaq mümkündür. Bunun üçün məhkəməyə verilmiş KİV yaydığı yalan məlumatın məhz vicdanlı yanılma halı olduğunu sübut etməlidir". V.Hacıbəylinin tövsiyəsinə görə, KİV nümayəndələri əvvəldən nəzərə almalıdırlar ki, xarici ölkələrdən fərqli olaraq bizdə yaydığı informasiyanın həqiqiliyini sübuta yetirmək məsuliyyətini məhz jurnalist özü daşıyır. Böhtan və təhqirin fərqli ittihamlar olduğunu deyən hüquqşünas bildirdi ki, Cinayət Məcəlləsinə əsasən, böhtan-yalan olduğunu bilə-bilə şəxsi nüfuzdan salan məlumatları yayılması, şərəf, ləyaqət və nüfuza edilən qəsddir. Təhqir isə şərəf və ləyaqətin ədəbsiz formada alçaldılmasıdır. Məruzəçinin sözlərinə görə, beynəlxalq normalara əsasən, təhqir, şərəf və ləyaqətlə bağlı ittihamlara görə cinayət təqibi nə-zərdə tutulmamalıdır. Artıq Gürcüstan diffamasiya məsələlərini Cinayət Məcəlləsindən çıxarıb, Azərbaycanda da bu haqda qanun layihəsi hazırlanır. V.Hacıbəyli KlV-in məsuliyyətdən azad olmasını təsbit edən normalar barədə də məlumat verdi. Onun sözlərinə görə, KİV-in gizli şəkil-də çəkiliş apardığı, lentə yazdığı sübutlar fakt sayılmır.
-----------------------
“Müxalifət”,19 fevral
AZƏRBAYCANDA JURNALİSTLƏRİN Bu, DİM-in seminarında açıqlandı
Demokratik İslahatlar Mərkəzinin "Açıq Cəmiyyət İnstitutu"nun maliyyə dəstəyi ilə "KİV-də təhqir və böhtan hü-quq və jurnalistika müstəvi-sində" layihəsi çərçivəsində "Təhqir, şərəf və ləyaqətlə bağlı ittihamlarla üzləşməmək üçün jurnalistlər nəyi bilməli-dir?" mövzusunda sayca ikinci seminarını keçirib. Xatırladaq ki, bir neçə ay öncə Mərkəz "Jurnalistlərin əxlaq kodeksi niyə işlək sənədə çevrilmədi?" mövzusunda da seminar keçirmişdi. "Nizami" mətbuat klubunda düzənlənən dünənki tədbiri açan DİM rəhbəri Mehman Cavadoğlu şərəf və ləyaqət məsələsinin ölkə mətbuatının ən aktual mövzusu olduğunu və çox-saylı mətbuat işçisi və orqanının bu məsələ ilə bağlı məhkəməyə cəlb edildiyini bildirdi. Məhkəmələr isə əksər halda iddiaçı tərəf kimi çıxış edən məmurların haqlı-haqsız tələblərini təmin edir. Bir sıra aparıcı müxalifət qəzetləri məhz bu cür sifarişli məhkəmə hökmləri nəticəsində böyük məbləğdə cərimələnib və bu zaman hətta nəşrini dayandırmaq məcburiyyəti qarşısında qalanlar da olub. Bu cür hallarla qarşılaşmamaq üçün jurnalistləri maarifləndirmək məqsədilə keçirilən tədbirdə iştirak edən tanınmış hüquqşünas Vaqif Hacıbəyli əvvəlcə 15-16 oktyabr hadisələrinə görə həbs edilən və ötən gün həbsxanada müəmmalı şəkildə vəfat edən 20 yaşlı Alqayıt Məhərrəmovu bir dəqiqəlik sükutla yad etməklə məruzəyə başladı. Senzuranın rəsmən ləğvindən sonra ölkə mətbuatının üzləşdiyi ən ciddi problemin şərəf və ləyaqətin tapdanması olduğunu deyən Vaqif bəy, Azərbaycanın beynəlxalq hüquq normalarında bu cür halları tənzimləyən çoxsaylı konvensiyalara yalnız 2002-ci ildə qoşulduğundan bu sahədə problemlərin hələ də qaldığını bildirdi. Ölkə qanunvericiliyində şərəf, ləyaqət və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, qonşu Gürcüstanda buna görə məsuliyyətə cəlb olunmanın aradan qaldırıldığını deyən məruzəçi Ermənistanda da bu cür hallarla mübarizənin xeyli yumşaldılmasını iştirakçıların diqqətinə çatdırdı. Onun sözlərinə görə, Azərbaycanda hələ indi bu yöndə işlərə başlanıb və müvafiq sənədlər hazırlanıb. Vaqif bəy bu sahədə problemlərin hələ də həll edilmədiyini bildirdi və jurnalistlərə məhkəmə qarşısında durmamağa görə bəzi dəyərli tövsiyələr etdi.
-----------------------
“Yeni Müsavat”, 19 fevral. Jurnalist hüquqlarıyla bağlı seminar kecirildi
Beynəlxalq hüquq normalarının əksinə olaraq, Azərbaycan
Ötən gün Nizami Mətbuat Klubunda Demokratik İslahatlar Mərkəzi (DIM) jurnalistlər üçün seminar keçirdi. DİM-in əlaqələndiricisi Mehman Cavadoğlu bildirdi ki, təşkilat Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə "KİV-də təhqir va böhtan jurnalistika və hüquq müstəvisində" mövzusunda layihə həyata keçirir. Mehman bəy bildirdi ki, son zamanlar şərəf və ləyaqətin tapdanması, təhqir və böhtanla bağlı materiallara görə qəzetlərin və jurnalistlərin məhkəmələrə çəkilməsi Azərbaycan mətbuatının böyük probleminə çevrilib. O qeyd etdi ki, bu zaman ittihamçı roIunda əsasən dövlət məmurları çıxış edir və istisnasız olaraq bütün prosesləri udurlar. Bu da jurnalistikanın inkişafına mane olur, mətbuat orqanlarının ağır duruma salır. Hüquqşünas Vaqif Hacıbəyli bildirdi ki, bir sıra beynəlxalq konvensiyalar və 1948-ci ildə qəbul olunmuş BMT İnsan Hüquqları Bəyannaməsinə əsasən, hər kəsin fikir və ifadə azadlığı var. Ekspertin sözlərinə görə, Avropa İnsan Haqları Konvensiyasında ifadə azadlığı yalnız mili təhlükəsizlik və ictimai asayişin pozulması ehtimalı olaraq qanun çərçivəsində aparılmalıdır. V.Hacıbəyli ölkə qanunvericiliyində tənqidə imkan verdiyi halda vəzifəli şəxslər adətən tənqidə dözümsüz yanaşdığını bildirdi: "Azərbaycan Konstituyasının 57-ci maddəsində göstərilir ki, ölkə vətəndaşlarının dövlət orqanları, onların vəzifəli şəxsləri, siyasi partiyaları, həmkarlar ittifaqları, ictimai birlikləri, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və işini tənqid etmək hüququ var. Tənqidə görə təqib qadağandır. V.Hacıbəyli qeyd etdi ki, bir çox hallarda jurnalistlərin konkret hüquqi sübutları olmayan, ancaq cəmiyyətdə yayılmış məlumatları yazmaları sonradan problem yaradır. Məruzəçi digər problemin təkziblərlə bağlı olduğunu bildirdi. Ekspert bir çox hallarda a redaksiyaların verməkdən imtina etdiyini və buna görə problemlər yarandığını dedi. V. Hacıbəyli maraqlı bir məlumatda verdi. Bildirdi ki, artıq Gürcüstanda böhtan və təhqirə görə olan cinayət təqibi cinayət qanunvericiliyindən çıxarılıb. Böhtan və təhqir ilə olan işlər cinayət məsuliyyəti ilə deyil, Mülki və inzibati qaydada həll olunur. Ekspert qeyd etdi ki, beynəlxalq təcrübənin əksinə olaraq, Azərbaycan qanunvericiliyi sübutetmə yükünü cavabdeh tərəfin üzərinə qoyur: ""KİV haqqında" qanuna görə, jurnalistin yazdığı məqalə ilə bağlı məhkəmə iddiası qaldırılarsa, o zaman məqaləni yazan adam faktı sübut etməlidir. Ancaq inkişaf elmiş ölkələrdə asasən rəsmi orqanlar haqda verilən məlumatlar olanda iddiaçı özü məhkəmə predmetinə çevrilmiş məlumatın həqiqətə uyğun olmadığını sübut etməli olur". V.Hacıbəyli jurnalistlərə məsləhət gördü ki, beynəlxalq standartlarla ayaqlaşanadək, Azərbaycan mediasının nümayəndələri yazdığı faktları məhkəmələrdə sübut etməyə hazır olmalıdır.
-----------------------
“Paralel”. 19 fevral
Demokratik İslahatlar Mərkəzi seminar keçirib
Dünən Demokratik İslahatlar Mərkəzi "Nizami" mətbuat klubunda "Açıq Cəmiyyət İnstitutu Yardım Fondu"nun maliyyə dəstəyi ilə həyata keçirilən "KİVdə təhqir və böhtan hüquq və jurnalistika müstəvisində" layihəsi çərçivəsində seminar keçirib. Seminar "Təhqir, şərəf və ləyaqətlə bağlı ittihamlarla üzləşməmək üçün jurnalistlər nəyi bilməlidirlər" mövzusuna həsr olunub. Seminarı layihənin rəhbəri Mehman Cavadoğlu açaraq, bildirib ki, son illər Azərbaycan jurnalistlərinin üzləş-dikləri ən ciddi problemlərdən biri onların şərəf və ləyaqətin təhqiri ilə bağlı ittihamlara məruz qalmalarıdır. Belə ittihamlarla bağlı çıxarılan məhkəmə qərarları ilə həm jurnalistlər, həm də müxtəlif qəzetlər elə fantastik məbləğdə cərimələnir ki, son nəticədə bu, həmin mətbu orqanın öz fəaliyyətinin dayandırmasına gətirib çıxarır. M.Cavadoğlu belə hallarla maksimum üzləşməmək üçün jurnalistlərin ilk növbədə qanunvericiliyin hüquqi bazası ilə bağlı mükəmməl bilgilərə sahib olmasının vacibliyini vurğulayıb. Məsələnin hüquqi aspektdən şərh etmək üçün sözü hüquqüşünas Vaqif Hacıbəyliyə verib. V.Hacıbəyli yaranmış şəraitdə həm beynəlxalq təcrübəyə, həm də ölkəmizin məhkəmə praktikasına əsaslanaraq, jurnalistlərimizin şərəf və ləyaqətin təhqiri ilə bağlı ittihamlarla üzləşməməsi üçün nələri bilməli olduqları barədə geniş məruzə edib. Çıxışın sonunda məruzəçi jurnalistlərə belə bir məsləhət verib: "Təcrübəli bir şəxs kimi Sizə məsləhət görürəm ki, həyatınızı təhlükəyə qoymamaq üçün yazılarınızda təkcə prinsipləri deyil, mövcud şəraiti də nəzərə alasınız". -----------------------
525-ci qəzet. 17 sentyabr 2004 Sevda İLHAMQIZI
"MƏTBUATDA TƏHQİR VƏ EKSPERT MƏSULİYYƏTİ"
DEMOKRATİK İSLAHATLAR MƏRKƏZİ DÜNƏN
Demokratik İslahatlar Mərkəzinin təşkilatçılığı ilə dünən "Nizami" Mətbuat Klubunda "Mətbuatda təhqir və ekspert məsuliyyəti" mövzusunda Dəyirmi masa keçirildi. Mərkəzin rəhbəri Mehman Cavadoğlu bildirdi ki, bu qurum Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyi ilə "KİV-də təhqir və böhtan jurnalistika və hüquq müstəvisində" adlı layihə hə-yata keçirir. O, layihə çərçivəsində bu mövzuya həsr olunmuş silsilə tədbirlər keçirildiyini, mütəxəssislərin rəyinin, məruzələrinin dinlənildiyini dedi. M.Cavadoğlu bu dəfəki toplantıda müzakirə edilən mövzunun kütləvi informasiya vasitələri üçün əhəmiyyət daşıdığını, o cümlədən sıravi vətəndaşlar, oxucular, ictimaiyyət nümayəndələri, dövlət rəsmilərinə də aid məsələ olduğunu diqqətə çatdırdı. Mövzu ilə bağlı məruzə edən BDU-nun jıırnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli bildirdi ki, mətbuatda tənqid və təhqir anlayışlan çox hallarda qanşdınlır, her birinin mahiyyəti düzgün başa düşülmür. Tənqidlə təhqir arasında çox həssas və cüzi sərhəd olduğunu deyən məruzəçi qeyd etdi ki, bəzən ifadələrin mənası tam anlaşılmadıqda tənqid təhqir kimi qəbul edilir. N.Əhmədlinin sözlərinə görə, mətbuatda haqqında yazılan şəxs adi vətəndaşdırsa, o, barəsində deyilənləri təhqir kimi qəbul edə bilər. Lakin bu şəxs dövlət məmu-ru, vəzifə səlahiyyətlisidirsə, onun barəsində yazılanlar təh-qir sayılmır. Ona görə də rəsmi şəxslər tənqidə normal yanaşmalı, daim icitmaiyyətin diqqətində, gözü qarşısında olduqlan üçün fəaliyyətləri, hətta şəxsi həyatlan da qapalı saxlanılmamalıdır. N.Əhmədli bildirdi ki, jumalistlər də fıkirlərinin yanlış tərzdə anla- şılmaması üçün yazılannda hər bir ifadəyə diqqətlə yanaşmalıdır: "Jurnalistlər tənqidi fikirlərini qələmə alarkən qalmaqal yarada biləcək ifadələri işlədəndə özünə çıxış yolıı saxlamalıdır ki, sonradan bunun mənasını açıqlaya bilsiıı. Eyni zamanda, nıonıurlar, rəsmi şəxslər də başa düşməlidir ki, adi vətəndaşlarla onların şərəf və ləyaqəti məsələsində fərqlər var. Rəsmi şəxslər hər tənqidi təhqir kateqoriyasına aid etməməlidir". Müstəqil Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə KİV-də tənqid-təhqir məsələlərini araşdırmaq və qiymət vermək üçün ekspert qrupunun yaradılmasının vacibliyini önə çəkdi. Onun fıkrincə, jurnalistlərin hadisə-leri daha çox informasiya xa-rakterli, şərhsiz, münasibətsiz, fakt kimi yazması məqsədəuyğundur. Çünki bu zaman müəlliflər xoşagəlməz nəticələrdən sığortalanar, problemlə üzləşmə halları azalar. Y.Məmmədli dövlət məmurlarının hər bir işinin cəmiyyətə açıq olmasının vacibliyini vurğulayaraq, bu məsələlərlə bağlı jurnalistlərin məhkəmə-lərə cəlb edilməsini qeyri-normal proses kimi qiymətləndirdi. "Ruh" Jurnalistlərin Müdafiə Komitəsinin sədri Hüquq Salmanov qəzetlərin təhqirlə bağlı məhkəməyə verilmələrindən danışdı, şikayətçi tərəfın iddia etdiyi ifadələrin mahiyyəti barədə açıqlama verdi. Filosof Niyazi Mehdi isə qeyd etdi ki, jurnalistlərin bəzən ekspert qismində müraciət etdikləri şəxslər haqqında danışdıqları sahələrin mütəxəssisi olmur, ümumiyyətlə, ekspert məsələsində ciddi yanlışlıqlara yol verilir.
----------------------------------------------------------------------------------------------------------
Bakı Xəbər. 17 sentyabr 2004 RUSLAN
«Mətbuatda təhqir və ekspert məsuliyyəti»
Bu mövzuda keçirilən Dəyirmi Masada mətbuatda təhqirlə tənqidi ayıran kriteriyaların müəyyənləşmədiyi bildirildi
Dünən «Nizami» Mətbuat Klubunda Demokratk İslahatlar Mərkəzi Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyilə «KİV-də təhqir, böhtan jurnalistika və hüquq müstəvisində» layihəsi çərçivəsində «Mətbuatda təhqir və ekspert məsuliyyəti» mövzusunda Dəyirmi Masa keçirildi. Tədbiri giriş sözü ilə açan Müsavat başqanın müavini Mehman Cavadoğlu mövzu ilə bağlı ətraflı məlumat verdi. Onun sözlərinə görə, mətbuatda hər hansı bir sözün və ya cümlənin təhqir və böhtan olduğunu müəyyənləşdirən hüquqi qaydalar ımövcud deyil. Buna görə də, kimin üçünsə təhqir sayılan bir ifadə digəri üçün tənqiddir. Tədbirin digər təşkilatçısı olan Bakı Dövlət Universitetinin kafedra müdiri, “Müxalifət” qəzetinin redaktoru Nəsir Əhmədli də Mehman Cavadoğlunun fikirlərinə şərik olduğunu bildirdi və dedi ki, xarici ölkələrdə bu problemi aradan qaldırmaq üçün hüquqşünaslara və jurnalistlərə məntiqi linqivistika fənni tədris edilir. Bunun sayəsində hüquqşünaslar da, jurnalistlər də təhqir və tənqidin kriteriyalarının nədən ibarət olduğunu öyrənirlər. Fikrini əsaslandıran N.Əhmədli «Miixalifət» qəzetində Şəki hadisələrilə bağlı Rövşən Kəbirlinin yazdığı yazıdan misal çəkdi. Bildirdi ki, yazıda işlədilən irtica sözünə görə R.Kəbirli məhkəməyə verilmişdi. Məhkəmə heyəti bu sözün mə-nasını anlamadığından, bu ifadəni təhqir hesab edib. Son anda yazı ekspertizadan keçirilmək üçün Milli Təhlükəsizlik Nazirliyinə göndəriləndən sonra, MTN-in keçmiş rəhbəri jurnalist olduğundan, bu ifadənin təhqir ol-madığı rəyini verib. Jurnalist Müharibə Veteranları Assosiasiyasının sədri Tahir Paşa jurnalistlərin informasiya verərkən şəxsi fikirlərə və lazımsız əlavə şərhlərə yer verdiklərini bildirdi. Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, jurnalistlərin hüquqlarını hakimiyyət qorumalı olduğu halda, bu işi yazarların özünün həyata keçirdiyini nəzərə çatdırdı. Tədbirdə iştirak edən filosof Niyazi Mehdi qeyd etdi ki, demokratik olmayan ölkələrdə hər şey ciddi qəbul edilir: «Belə ölkələrdə adi bir söz təhqir kimi qiymətləndirilir. ABŞ-a nəzər salsaq, görərik ki, oranın vətəndaşları həm prezidentini dəstəkləyir, həm də onu tənqid edir». RUH Jurnalistlər Birliyinin rəhbəri Hüquq Salmanov ölkədə məhkəmə hakimiyyətinin müstəqil olmadığını və məmurların sifarişilə jurnalistlərə qarşı qərəzli hökmlər çıxardığını vurğuladı. Onun sözlərinə görə, mətbuatın fəaliyyətinə maneə yaradan qanunları aradan götürməklə jurnalistlərin sərbəst fəaliyyətini təmin etmək olar.
----------------------------------------
Yeni Müsavat. 17 sentyabr 2004 Fərəh
MƏTBUATLA BAĞLI MƏHKƏMƏLƏRDƏ
Hazırda isə "irtica" sözünü təhqir sayan gerizəkalıların rəyinə önəm verilir.
Məhkəməyə verilən qəzetlərin əksəriyyətinə qarşı CM-in 147 və 148-ci maddələri - böhtan və təhqirə görə iddia qaldırırlar. Bəs həmişəmi jurnalistlər bu ittihamlarla əsaslı olaraq üzləşirlər? Onlar özlərini bu cür məhkəmə işlərindən qorumaq üçün hansı müdafiə tədbirlərini görməlidirlər? Demokratik İslahatlar Mərkəzinin dünən keçirdiyi toplantıda məhz bu problemlər müzakirə olundu. Mərkəzin rəhbəri Mehman Cavadoğlunun dediyinə görə, son illər mətbuat orqanları daim böhtan və təhqirə görə məhkəməyə çəkilirlər və bir çox hallarda da həmin işlər üzrə məhkəmə proseslərində ekspertlərin verdiyi rəylər həlledici rol oynayır. Məhz bu səbəbdən Demokratik İslahatlar Mərkəzi "KİV-də təhqir və böhtan" layihəsi çərçivəsində təşkil etdiyi müzakirələrdən növbətisini bu mövzuya həsr etmək qərarına gəlib: "Bəzi qəzetləri "vasvası", “ filankəs öz ampluasındadır" kimi ifadələrə görə məhkəməyə verirlər. Bu yaxınlarda "Monitor" jurnalını "siyasi qavroşlar" sözünə görə məhkəməyə çəkiblər. Belə olan halda ekspertlər həmin ifadələrin həqiqətən də təhqir olub-olmadığı barədə rəy verməli, məhkəmə də ona əsasən qərar çıxarmalıdır. Lakin reallıqda məhkəməyə rəy verən ekspertlər öz məsuliyyətlərini hiss etmirlər." Misal kimi məşhur "Çeşmə"çilərin işini xatırladan M.Cavadoğlu son illər bu qəbildən çoxlu məhkəmə proseslərinin ortaya çıxdığını dedi. Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin müəllimi Nəsir Əhmədli məruzə etdi. Onun fikrincə, bu cür məhkəmə işlərinin qarşısını almaq üçün ilk növbədə jurnalistlərin özləri bəzi müdafiə tədbirləri görməlidirlər: "Bəzi ölkələrdə, məsələn, Rusiya, Fransa və Almaniyada məntiqi linqvistika dərsi keçilir. Bu zaman jurnalistlərə hüquqla dilçiliyin qarşılıqlı əlaqəsi öyrə-dilir. Yəni mübahisəli sözlərin mənasını açan xüsusi tövsiyyələr hazırlanır. Orada konkret hansı sözlərin tənqid və ya təhqir olduğu göstərilir.Əslindo bu iki anlayışı ayırmaq çox çətindir. Tənqid - baş verən bir şeyi üzə çıxarmaq, nağdlaşdırmaq, təhqir isə insanı alçaltmaq deməkdir. Lakin cəmiyyətin üzvləri bunların mənasını anlamadığından, çox vaxt jurnalistlərə də problemlər yaranır. Vaxtilə "irtica" sözünə görə "Müxalifət" qəzetinin baş redaktorunu Bakı Şəhər Prokurorluğuna çağırmışdılar. Nə qədər həmin sözün mənasını (ölkəni köhnə qaydada idarə etmək) açsaq da, başa düşmədilər. İş yalnız MTN-ə gedib çatandan sonra həll olundu." Nəsir Əhmədli öz çıxışında çox acınacaqlı bir statistikanı da toplantı iştirakçılarının diqqətinə çatdırdı: böhtan və təhqirə görə məhkəməyə müraciət edənlərin əksəriyyəti dövlət məmurlarıdır: "Adi adamın şərəf və ləyaqəti ilə məmurun ləyaqəti arasında fərq var. Gərək vəzifə sahibləri bilsinlər ki, siyasətlə məşğul olanlarm bütün cizgiləri kütlənin gözü qarşısındadır. İlk baxışdan sadə görünən bir söz vətəndaş üçün təhqir hesab oluna bilər. Amma eyni söz Prezident Aparatının məsul işçisi tərəfindən adi qarşılanmalıdır. Çünki onun hərəkətləri göz qabağındadır. O, təkcə özünə deyil, ictimaiyyətə qulluq edir." Ekspert məsuliyyəti məsələsinə gəlincə, N.Əhmədlinin fikrincə, Azərbaycan məhkəmələrində bu sahədə də çox dəhşətli bir durum yaranıb. Çünki ekspert qismində iştirak edənlər müstəqil olmur, sifarişlə rəy verirlər. Vaxtilə "Monitor" jurnalı barəsində rəy verən tanınmış alimlər - Qurban Bayramov, Yaqub Mahmudov, Yusif Seyidov, "Çeşmə" ilə bağlı rəy verən Əliqulu Əliyevin adlarını çəkən məruzəçi bu adamların müstəqil olmadığmı bildirdi. Mövzunu davam etdirən "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli məhkəmələrdə rəy vermək üçün müstəqil ekspert qrupu yaradılmasını təklif etdi. O, hər kəsin tanıyıb inandığı ziyalılardan ibarət komissiya qurulması və bu cür mübahisəli məsələlərdə məhz həmin alimlərin rəyinin nəzərə alınması təşəbbüsü ilə çıxış etdi. Onun təklifi toplantı iştirakçıları tərəfindən maraqla qarşılandı. Hətta bu işi Mətbuat Şurasının Dil komissiyasına həvalə etmək təklifi də səsləndi. Azərbaycan Jumalist Müharibə Veteranları Assosiasiyasının sədri Tahir Paşa sovet dövrünün jurnalistikasına xas olan janrları xatırlatdı: "Həmin vaxtlar felyeton, satira janrında yazırdılar və heç problem də ortaya çıxmırdı. İndi isə bəzən ciddi informasiyanın sonunda yerinə düşməyən sözlər yazılır." T.Paşanın fikrincə, jurnalistlər bu mənada diqqətli olmalı və özlərinin məhkəməyə verilməsi üçün əsas yaratmamalıdırlar. Demokratik Jumalistlər Liqasının sədri Yadigar Məmmədli isə sözü gedən problemlərin Qərb ölkələrındə çözülməsi yollarından danışdı. Bildirdi ki, xaricdə media o qədər güclüdür ki, cəmiyyətin hər sahəsinə sirayət edə bilir. Bunun qarşısını almaq məqsədilə insanlar mediadan müdafiə olunma yollarını axtarırlar: "Bizdə isə tam tərsinədir. Azərbaycan hökuməti mətbuat azadlığı sahəsində bütün konvensiyalara imza atsa da, onlara əməl edilmir. Çalışmalıyıq ki, söz azadlığı sahəsindəki beynəlxalq sənədlərə əməl olunsun." Professor Niyazi Mehdi da mövzuya öz baxışlarını ortaya qoydu. Onun f ikrincə, mətbuat üçün yaranan problemlərin çözülməsinin əsas yolu cəmiyyətin özündən irəli gəlməlidir. "RUH" Jurna-listləri Müdafiə Komitəsinin sədri Hüquq Salmanov isə problemlərin kökünü Konstitusiyanın iki maddəsi -109 və 125-ci maddələri arasındakı ziddiyyətdə gördüyünü dedi. Məlum olduğu kimi, 125-ci maddədə məhkəmələrin müstəqil olduğu göstərilir. Digər maddədə isə hakimlərin təyinatı hüqu-qu prezidentə verilir: "Bu da onu göstərir ki, Prezident Aparatının istənilən məmuru hakimdən daha çox nüfuza malikdir. Nə qədər ki, bu ziddiyyət var, məhkəmələr müstəqil olmayacaq və jurnalistlərə qarşı sifarişli qətnamələr çıxarılacaq." Tədbirin sonunda bir daha M.Cavadoğlu söz alıb toplantıda səslənən təkliflərlə bağlı müvafiq müraciətlər hazırlanacağını dedi.
-------------------------------------- Ayna. 17 sentyabr 2004 K.Həsənova
Mətbuatda təhqir problemi
Ekspertlər çıxış yolu axtarırlar
Dünən Demokratik İslahatlar Mərkəzi Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə "Mətbuatda təhqir və ekspert məsuliyyəti" mövzusunda Dəyirmi Masa keçirdi. Azərbaycanda mətbuatın mövcud durumunu xatırladan Dəyirmi Masa təşkilatçılarından Mehman Cavadoğlu qeyd etdi ki, ölkədə nəşr edilən qəzetlər tez-tez böhtan yazdıqları əsas gətirilərək məhkəmələrə çəkilir. O bildirdi ki, Dəyirmi Masanı keçirməkdə məqsəd problemi müzakirə edib çıxış yolları axtarmaqdır. Sonra çıxış edən BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, "Müxalifət" qəzetinin redaktoru Nəsir Əhmədli jumalistikanın çətin peşələrdən olduğunu xatırladaraq bildirdi ki, cəmiyyət nə vəziyyətdədirsə, onun jurnalistikası da eyni vəziyyətdə olur. "Tez-tez şərəf və ləyaqətin alçaldılması ilə bağlı mətbuata qarşı iddia qaldırılır. Konkret olaraq ifadənin hüquqi əsasları müəyyənləşməyib. Bir fıkri kimi təhqir, digəri tənqid hesab edir", -.deyən və problemin birdəfəlik həllini xarici praktikadan istifadə etməkdə görən N.Əhmədli bildirdi ki, bəzi dövlətlərdə hüquqşünaslara və jurnalistlərə məntiqi linqvistika fənni keçilir. Bu fənn vasitəsilə həm hüquqşünaslar, həm də jurnalistlər KİV-də hansı sözün təhqir, hansı sözün tənqid olduğunu öyrənirlər. Bizdə isə həm bəzi jurnalistlər, həm də hüqııq işçiləri hələ bu iki ifadəni ayıra bilmir. "Şəraf və ləyaqətinin təhqir olunması ilə bağlı mətbuatı ən çox məhkəməyə verən hökumət nümayəndələridir. Adi adamlarla hökumət nümayəndələrinin şərəf və ləyaqəti arasında çox fərq var. Vəzifəli şəxslərin şəxsi həyatı cəmiyyət üçün şəffaf olmalıdır. Onları zorla gətirib orda oturtmayıblar, ona görə də haqqında deyilən istənilən tənqidə dözümlə yanaşmalıdır", - deyən N.Əhmədli məhkəməyə verilən yazılara ekspert rəyi verən dilçi professorları da tənqid etdi. Bildirildi ki, məhkəməlik material onlara sifarişlə göndərildiyindən məcbur qalırlar ki, hər vasitə ilə onları haqlı çıxarsınlar. "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli isə konkret olaraq təkliflə çıxış etdi və bildirdi ki, ekspert qrupu yaradılsın və bu qrup heç kimdən asılı olmasın. Məhz onlar müəyyən etsinlər ki, hansı ifadələr təhqirdir. N.Əhmədli isə bildirdi ki, burada əsas məsələ həmin ekspert qrupunu kimin yaratmasıdır. Ola bilər ki, yaradılan qrupun tərkibi hakimiyyət nümayəndələrini təmin etməsin və onlar verilən rəyi nəzərə almasınlar. Veteran Jurnalistlər Birliyinin sədri Tahir Paşa isə jurnalistləri tənqid etdi. Bildirdi ki, jurnalist yazdığı informasiyaya öz münasibətini bildirməməlidir. Onların məsələyə səhv yanaşması, düzgün olmayan ifadələr işlətməsi son anda məhkəmə çəkişmələrinə səbəb olur. Azərbaycan Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə bildirdi ki, hakimiyyətin mətbuatdan müdafiə məsələsini reallaşdırmaq lazımdır: "Bütün demokratik dövlətlərdə belədir. Bizdə isə bunun tam əksidir". "Ruh" Jurnalistlərin Hüquqlarını Müdafıə Komitəsinin sədri Hüquq Salmanovsa bildirdi ki, nə qədər ki, Konstitusiyanın 109 və 125-ci maddələri bir-birinə ziddir, sadalanan problemler olduğu kimi qalacaq. 125-ci maddədə bildirilir ki, məhkəmələr müstəqildir. 109-cu maddədə isə vurğulanır ki, məhkəməyə hakimləri prezident təyin edir. Bu da o deməkdir ki, Prezident Aparatının orta səviyyəli işçisi hakimlərdən səlahiyyətcə üstündür.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
“Azadlıq”. 8 sentyabr
Gültəkin
Media ilə bağlı yeni sayt yaranıb
Bir müddət əvvəl "KİV-də təhqir və böhtan jurnalistika və hüquq müstəvisində" adlı layihənin icrasına başlayan Demokratik İslahatlar Mərkəzinin bu günlərdə yeni saytı yaranıb.
Layihə çərçivəsində yaradılan və www.dim-az.org ünvanında yerləşən sayt mətbuatın problemlərinə həsr olunub. Layihə bütövlükdə ingilis və rus dillərində həmin sayta yerləşdirilib. Demokratik İslahatlar Mərkəzinin nəşr etdirdiyi bülletenlərlə də həmin saytda tanış olmaq mümkündür. Saytın "Xəbərlər" bölməsində KİV-in və jurnalistlərin cəlb olunduğu məhkəmə prosesləri, məmur-jurnalist qarşıdurmaları barədə ən yeni informasiyalar və şərhlər təqdim edilir. Eyni zamanda saytda "Sorğu" bölməsi yaradılıb ki, istifadəçilər orada keçirilən sorğuda iştirak edə bilərlər.
-------------------------------------------------------------------------------------------------- “Yeni Müsavat”. 8 sentyabr
RÜXSARƏ
MEDİAYA AİD YENİ SAYT
Demokratik İslahatlar Mərkəzinin yaratdığı elektron səhifədə mətbuata dair yeniliklər əks olunacaq
Demokratik İslahatlar Mərkəzinin (DİM) saytı açılıb. Saytın ünvanı www.dim-az.org-dur. Sayt DİM-in Açıq Cəmiyyət Institutu - Yardım Fondunun dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində yaradılıb. Həmin layihə "KİV-də təhqir və böhtan", "Jurnalist və hüquq müstəvisi" mövzusunda təhqiqatı nəzərdə tutur. Layihə Azərbaycan və ingilis dillərində sözü gedən saytda yerləş-dirilib. İstifadəçilər DİM-in nəşr etdiyi bülletenlərlə həmin saytda tanış ola bilərlər. KİV-in və jurnalistlərin cəlb edildiyi məhkəmə prosesləri, məmur-jurnalist qarşıdurmaları barədə ən yeni informasiyalar və şərhlər "Xəbərlər" bölməsində təqdim olunub. Bundan başqa, saytda xüsuşi sorğu guşəsi yaradılıb. Həmin guşə dəictimaiyyətinsözügedən problemə münasibəti və fikirləri əks olunur. İnternet istifadəçiləri burada mövzu ilə bağlı qoyulan suallara öz münasibətlərini bildirə bilərlər. DİM-in məqsəd və vəzifələri, habelə digər sahələrdə gördüyü işlər barədə www.dim-az.org-dan məlumat almaq olar.
-------------------------------------------------------------------------------------------------------
“Azadlıq” . 7-8 avqust
Gültəkin Knyazqızı
Jurnalistikada əxlaq problemi
Demokratik İslahatlar Mərkəzi bu mövzuda seminar keçirdi
«Jurnalistlərin Peşə Davranışı Qaydaları işlək sənəd olmadı»
Ölkə jurnalistiərinin birinci qurultayında Jurnalistlərin Peşə Davranışı Qaydaları layihə şəklində müəyyənləşdirildi, sonradan əlavə və düzəlişlər edilərək qəbul olundu. Bu gün çoxları həmin sənədin işlək olmamasından şikayətlənir. Bunu belə əsaslandırarlar ki, sənəddə əksini tapan qaydalara riayət olunsaydı, qəzetlərə qarşı bu qədər məhkəmə iddiası qaldırılmazdı. Dünən "Nizami" Mətbuat Klubunda Demokratik İslahatlar Mərkəzinin keçirdiyi seminar da bu mövzuya həsr olunmuşdu. Mərkəzin rəhbəri Mehman Cavadoğlu xatırlatdı ki, seminar "Kütləvi informasiya vasitələrində təhqir və böhtan: jurnalistika və hüquq müstəvisində" adlı layihə çərçivəsində keçirilir. Onun sözlərinə görə, mətbuatın inkişafına mane olan problemlərdən biri də təhqir və böhtana görə qəzetlərə qarşı iddia qaldırılmasıdır. Belə ki, məmurlar bundan sui-istifadə edərək qəzetlərin yüksək məbləğdə cərimələnməsinə nail olurlar. M.Cavadoğlu hesab edir ki, böhtan və təhqir anlayışının yaratdığı problemlər bir tərəfdən qanundakı boşluqlar, digər tərəfdən də jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlıdır. "Yeni Müsavat" qəzetinin əməkdaşı Zamin Hacının fikrincə, Jurnalistlərin Peşə Davranışı Qaydalarına bu gün çox az sayda jurnalist riayət edir. Bu da ondan irəli gəlir ki, ölkədə qəbul edilən qanunvericilik aktlannın heç biri işlək deyil. Z.Hacı onu da deyir ki, KİV nümayəndələrinin qaydalara əməl etməməsinin bir səbəbi də hazırki hakimiyyətin yürütdüyü informasiya siyasətidir: "Rəsmi informasiya mənbələrinə çıxış yoxdur. Ona görə də jurnalistlər yalanlarla dolu c-miyyətdə özlərindən həqiqət uydurmalı olurlar. Məsələn, Azərbaycan cəmiyyətinin keçmiş ölkə başçısı Heydər Əliyevin ölümü haqqıhda hələ də dəqiq məlumatı yoxdur". Z.Hacı hesab edir ki, Jurnalistlərin Peşə Davranışı Qaydalarmda bir çox zəruri məsələlər əksini tapmayıb. Almaniyada tətbiq edilən eyni adlı sənəddən misal gətirən jurnalist həmin sənədin KİV əməkdaşlan üçün bələdçi rolunu oynadığını dedi. Sonra professor Niyazi Mehdi çıxış edərək əxlaqın nə olduğu və onun cəmiyyətə faydası barədə məlumat verdi. "Avropa" qəzetinin redaktoru Hikmət Sabiroğlu isə hesab edir ki, juraalistlərin öz fəaliyyətlərində əxlaq normalarına əməl etmələri hakimiyyətlə birbaşa bağlı məsələdir: "Ölkədə mövcud olan 3 hakimiyyət qolu sərbəst deyil. Belə şəraitdə jurnalistkadan möcüzə gözləmək yersizdir". H.Sabiroğlu hesab edir ki, Azərbaycanda demokratik seçki olmayınca, hakimiyyət sivil qaydada bölüşdürülməyincə jurnalistikada əxlaq problemi aktual olacaq.
------------------------------------------------------------------------------- “Bakı-xəbər”. 7-8 avqust RUSLAN
Əxlaqsızlığın hökm sürdüyü cəmiyyəTdə
Tanınmış jurnalistlər «Jurnalistin əxlaq kodeksi niyə işlək sənədə çevrilmədi" sualına cavab tapmağa çalışıb
Dünən «Nizami» Mətbuat Klubunda Demokratik İslahatlar Mərkəzi “Jurnalistin əxlaq kodeksi niya işlək sənədə çevrilmədi?» mövzusunda seminar keçirdi. Seminarı gırış sözü ilə açan layihənin direktoru, Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu Azərbaycan mətbuatının inkişafına mane olan problemlərdən birinin böhtan və təhqir faktoru olduğunu bildirdi. Mehman bəyin sözlərinə görə, təhqir və böhtana görə ayrı-ayrı dövlət məmurları qəzetləri məhkəməyə verir. Bir çox hallarda məhkəmələr dövlət məmurlarınm şikayətlərini təmin edərək, qəzetlərə fantastik miqdarda cərimə kəsirlər. Məhz buna görə, artıq bəzi mətbuat orqanları bağlanıb, bir neçəsi isə fəaliyyətini dayandırmaq üzrədir. Mətbu orqanlarm təhqir və böhtana görə məhkəmələr tərəfindən cərimə olunmasının əsas səbəbləri məhkəmələrin icra hakimiyyətlərindən asılı olması, qanunlarda boşluqların mövcudluğu və bəzi hallarda jurnalistlərin həqiqətən də yazılarında xoşagəlməz hallara yol verməsidir. Seminarda iştirak edən tanmmış yazar Zamin Hacı qeyd etdi ki, ölkə total yalançılar məmləkətinə çevrilib. Uşaqdan böyüyə, çəkməçidən prezidentəcən hamı yalan danışır və üstəlik, bununla fəxr eləyir. Belə olan şəraitdə jurnalist özündən necə həqiqət uydurub, ortaya çıxartsın? «Mətbuat güzgüdür və bir çox jurnalistlə-rin və qəzetlərin timsalında bu güzgü əyilib. Ancaq əyri güzgüdə, əyri cəmiyyətin görünməsi daha əcaib, dəhşətlidir. Azərbaycan jurnalistlərinin ilk peşə kodeksini Azərbaycan Jurnalistlər Birliyi hələ 1991-ci ildə hazırlayıb. Mən o kodeksi görmək şərəfinə nail olmamışam, lakin görənlər danışır ki, sənəd sovet təbliğat-təşviqat mediası ruhunda yazılıbmış. Ötən ilin martında ölkə mətbuatının 1-ci qurultayında «peşə kodeksi», «jumalistin əxlaq kodeksi» kimi adlar altında sənədin qəbulu təklif edildi. Lakin biz indi bu adların hansının qəbul edildiyini bilmirik. O cümlədən, qurultayda təklif |